Menu

Bakıda avtomobil qaçıran keçmiş məhkum tutuldu

06.07.2020, 13:26
Bakıda avtomobil qaçıran keçmiş məhkum tutuldu

Bakıda avtomobil qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Bakı şəhər sakini E.Xəlilov iyulun 4-də rayon ərazisindən “KIA” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol