İCAZƏ PROBLEMİ İŞ ADAMLARINDA NARAZILIQ YARADIB – “Minlərlə insan bu tələyə düşüb cərimələnirlər!"
Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilmiş işçilərin sayının 50 faizə endirməsi və əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizə endirilməsi barədə iyunun 25-də qəbul etdiyi qərar sosial platformalarda sərt tənqid edilir.
Xatırladaq ki, bu qərardan sonra iyulun 4-də fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vətəndaşlara icaze.gov.az portalı vasitəsi ilə verilən icazələr kütləvi şəkildə ləğv edilib. Nəticədə karantin rejimi davam edən şəhər və rayonlarda gərgin vəziyyət yaranıb. Qərardan xəbərsiz olan xeyli sayda insanlar polis əməkdaşları tərəfindən cərimələnib. Bu da sahibkarların, muzdlu işçilərin ciddi narazılığına səbəb olub.
Naşirlər vəziyyətin dözülməz hala gəldiyini bildirirlər
Şahbaz Xuduoğlu daha sonra hökumətdən heç bir yardımala bilməməsindən şikayətlənərək, işçilərin cərimələnməsinə etiraz edib: “Bu ağır günlərdə bir dəfə olsun bu dövlətin varlığını yanımda hiss etmədim...10 manatlıq kitab çatdırmağa gedən insanımızı 200 manat cərimə etdi. Dövlət yalnız cərimə etmək, həbs etmək, evlərə polis göndərmək üçün deyil!...”
Bu səhər heç bir məlumat verilmədən hamının işəçıxmaq icazəsi ləğv olunub. Online mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!”.
Asima Nəsirli: “Bizimlə də problem yaranıb”
Mikayıl Şükürov: “Vergiyə şikayət yazdıq”
Sahibkar Mikayıl Şükürov yazıb ki, 4 nəfər üçün müddətini artırdığı icazələr dünən dayandırılıb.
“Səbəbini heç nəylə izah etmək mümkün deyil. İcazə verilən sahədir, fəaliyyət növündə də, əmək müqavilələrində də, icazə portalında da bir yanlışlığımız yoxdu. Vergiyə şikayət yazdıq. Nə ilə izah edəcəkləri üzərində bayaqdan baş sındırıram” -deyə, o qeyd edib.
İbrahim Məmmədov: “Nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər”
1.3-cü bənddə isə Qərarın əlavəsində fəaliyyətinə icazə verilən şəxslərin icaze.e-gov.az portalında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Həmçinin, qərarın əlavəsinin 10-cu bəndində“Vəkillik fəaliyyəti” qeyd olunub.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, Vəkillər Kollegiyasının üzvləri xidməti vəsiqə ilə hərəkət edə biləcəklər.
“Hüquq məsləhətxanalarında fəaliyyət göstərən, Kollegiyanın üzvü olmayan, amma hüquq sahəsində işləyən şəxslər, nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər,”- deyə, o qeyd edib.
Zahid Oruc: “Sahibkarların tənqidi mövqeləri məruz qaldıqlarışəraitlə bağlıdır”
Onun fikrincə, sahibkarlarla bağlı verilən qərarlar hazır reseptin olmaması ilə bağlıdır: “Bununla yanaşı, onların bu çağırışları ən müxtəlif səviyyədə qiymətləndirilməyə layiqdir. Yaranmışşəraitdə hökumətin yükünü azalda bilən alternativ tədbirlər, yumşalma addımlarına gedilməlidir. Nəzərə almalıyıq ki, Bakı, onun infrastrukturu çalışmayacaqsa qısa bir müddət sonra sosial-iqtisadi ağırlıq koronavirusla paralleldə insanların həyatını bu və ya digər formada təhdid etmiş olacaq.”
Zahid Oruc hesab edir ki, pandemiya iləəlaqədar dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda kəndlərə dönüş başlayıb. Hökumət insanların kəndlərə dönüşünü dəstəkləməlidir.
“Kəndlərə dönənlərin təbii ki, bir qismi geri qayıtmayacaq. İlk dəfə olaraq paytaxtın sosial və infrastrukur yükünü azaltmaq üçün şərait yaranıb. Hökumət insanların kəndlərdə yaşamasını iqtisadi vasitələrlə stimullaşdırmalıdır,” –deyə o bildirib.
“AzPolitika.info”
Şərhlər
OPER.QERARGQHIN HAMISINA YUKSEK VEZIFE VERILAJAQ.YERATMAZLAR IW BAWINDA OLER
Bezi polislerimiz gözel davranış sergileyirdi, icazesi legv olunan vetendaslara cerime yazmayıb 8103 mesaj yazdırdı.
Cenab Prezidentin gördüğü bütün işlere gölge salırılar
DTX xahish edirem , operativ qerargaha bash cekesiniz. Qerarlarin hamsi millete ziddi! Indiye kimi ne qerar veriblerse , milletin ziyanina olub . Cox xahish edirem . Allah sizi bizim bashimizin ûstûnden eksik elemesin DTX !!!
İqtisadiyyat Nazirliyi sahibkara dəstəkdən başqa bütün manelərlə məşğuldur.Hardan tapırlar belə "işgüzar"insanları görəsən.