Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 10 500-ə çatır

07.07.2020, 11:52
Rusiyada koronavirusdan ölənlərin sayı 10 500-ə çatır

Rusiyada son sutka ərzində koronavirusa 6 368 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 694 230 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 198 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının sayı 10 494 nəfərə yüksəlib.

Ümumilikdə isə 463 880 pasiyent koronavirusdan sağalıb.

Şərhlər

Lili. V-ə 2020-07-07 12:05:22

rusiya kimi ən iri dövlət üçün ölənlərin sayı çox azdır. Vəzifəlilərin yoluxması voobşe yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol