Menu

Məhkəmə Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs haqqında QƏRAR VERDİ

07.07.2020, 20:28
Məhkəmə Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs haqqında QƏRAR VERDİ

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyevlə bağlı qərar verilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan Orucəli Zərbəliyev ötən gün polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol