Menu

Fransada koronavirusdan ölənlərin sayı 30 minə çatır

07.07.2020, 22:12
Fransada koronavirusdan ölənlərin sayı 30 minə çatır

Fransada 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 105 mindən çox şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 933 nəfər vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol