Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

08.07.2020, 09:54
Gürcüstanda koronavirusa yoluxanların sayı 960-ı ötdü

Gürcüstanda daha 5 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 963-ə çatıb. Onların 841-i artıq sağalıb, 15-i isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 3 903, tibbi nəzarətdə isə 202 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol