Menu

Ciyərinin 90 faizi sıradan çıxan Bəhram Bağırzadə aktiv hərəkətlərə başlayıb

08.07.2020, 11:01
Ciyərinin 90 faizi sıradan çıxan Bəhram Bağırzadə aktiv hərəkətlərə başlayıb

“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır”.

Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadənin huşu aydın və fəaldır: “Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Şərhlər

Xədicə 2020-07-09 10:26:54

Allah bütün müsəlmanları, yer kürəsindəki bütün insanları bu bəladan və betərindən qorusun. Əlhamdullah, Bəhram bəyə Allahın izniylə yardım olundu, yazıq kasıb, kasıbın Allahdan başqa köməyi yoxdur. Gömrük xəstəxanasında müalicə almaq, hələ bu şəkildə müalicə almaq hər kəsin imkanına görə deyil. Nə deyim, Allah bizə kömək olsun

Xalq 2020-07-08 12:01:46

halal olsun Bəhrama ciyərsiz sağaldı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol