Menu

Kadırov onu təhqir edən çeçen bloqerin Avropada öldürülməsindən yazdı

09.07.2020, 12:19
Kadırov onu təhqir edən çeçen bloqerin Avropada öldürülməsindən yazdı

Çeçenistan lideri Ramzan Kadırov Vyanada çeçen bloqerin qətlində Rusiyaya qarşı fəaliyyət göstərən xarici xüsusi xidmət orqanlarının iştirak edə biləcəyini istisna etmir.

Bu barədə R.Kadırov "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, fəaliyyətini yalançı vətənpərvərlik ideyası üzərində quran digər şəxslər həmişə Rusiya Federasiyasına və Çeçenistanın başçısına qarşı işləyən xarici xüsusi xidmət orqanlarının qurbanı olacaqlar.

“Bilirlər ki, Rusiyanın Qafqaz sərhədləri mənim və sadiq komandam tərəfindən qorunur. Bu, onların xoşuna gəlmir”, - deyə Kadırov yazıb.

O, belə halların Osmanlı İmperiyasında baş verdiyini xatırladıb.

Çeçenistan lideri əlavə edib ki, satılmış xəbərçilər öz işlərinə görə pul alırlar və sonra onları uydurma "həqiqətin" günahsız qurbanları kimi öldürürlər.

Azvision.az xatırladır ki, iyulun 5-də Vyanada çeçen mühacir Mamixan Umarov qətlə yetirilib. Hadisə ilə bağlı iki nəfər tutulub. Öldürülən bloqer dəfələrlə Kadırovu tənqid edib və ailəsinə qarşı təhqirlər səsləndirib.

Şərhlər

Xalq 2020-07-09 15:22:03

görəsən doğrudan da Qafqaz sərhədlərini kadırovun komandası qoruyur? Bəlkə Dağıstanda sərhəddə bizim həmyerlilərimizi də bu döyüb öldürüb?

vuqar 2020-07-09 12:46:32

Bu xr|st|an satqn Kadr0vun eli ne qeder gunahsz cecenn qanna bas 0lub! Allah bu .... cezasn ele verecekk| putnn 0zu bele dehsete gelecek!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol