Menu

ARDNF ötən il 4 milyard manatdan çox xalis mənfəət əldə edib

09.07.2020, 16:02
ARDNF ötən il 4 milyard manatdan çox xalis mənfəət əldə edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ili 4 316,2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Fond 2018-ci ildən 768,4 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il ARDNF-in faiz gəlirləri 963,5 milyon manat (əvvəlki ilə nisbətən 4% çox), dividend gəlirləri 390,3 milyon manat (46,5% çox), məzənnə fərqindən zərəri 524,3 milyon manat (62,85% az), aktivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 2 245,3 milyon manat (əvvəlki il zərər olub), qızıl külçələrdən gəlirləri 1 194,6 milyon manat (36,8 dəfə çox), investisiya mülkiyyətinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 65 milyon manat (əvvəlki il zərər olub), icarə gəlirləri 75,7 milyon manat (54,7% az), sair əməliyyat gəlirləri 32,9 milyon manat (87,9% az), əməliyyat xərcləri 103,4 milyon manat (0,1% az), birgə müəssisələr hesabına zərəri 22,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,3 milyon manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 74 311,2 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,35% artaraq 1 088,8 milyon manata, balans kapitalı isə 12,55% artaraq 73 222,3 milyon manata çatıb.

Şərhlər

Ziya 2020-07-09 16:46:10

Neft fondunda doğrudan 52 milyard dollar doğrudan qaıb? 52 orada olsa başqa fondlarda da yəqin ki var. Xeyli zapasımız var. Bizə çatsa əgər. Onu da xarici ölkələrə ötürməsələr yaxşıdır. Bəlkə də artıq yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol