Menu

Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb

09.07.2020, 17:01
Sumqayıt yolunda yeni geridönmə hissəsi yaradılıb

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi" istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədi ilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilıib.

Məlumata görə, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxtda doğru geridönməni təmin edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol