Menu

Pompeo BMT ekspertinin hesabatını rədd edib

10.07.2020, 13:19
Pompeo BMT ekspertinin hesabatını rədd edib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilin əvvəlində İraqda İranın aparıcı generalı Qasım Süleymaninin ABŞ-ın dron zərbəsi ilə öldürülməsini müdafiə edib. BMT eksperti isə bunu qanunsuz adlandırmışdı.

Iyulun 9-da yaydığı bəyanatda Pompeo BMT xüsusi məruzəçisi Agnes Callamardın hesabatını rədd edib, uydurma adlanıdırıb.

Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar hücumun beynəlxalq hüquqi bazası məsələsində şəffaf davranıb. BMT-nin Təhlükəsizlik Şurasına məktubunda izah edib ki, zərbə Birləşmiş Ştatların özünümüdafiə hüququnu gerçəkləşdirmək məqsədilə həyata keçirilib.

Pompeonun sözlərinə görə, Süeymaniyə zərbə son aylar İran tərəfdən silahlı hücumların artmasına cavab olaraq endirilib.

Dövlət katibi eyib ki, zərbədə məqsəd İranı Birləşmiş Ştatlara, yaxud onun maraqlarına gələcək hücumlardan, onları dəstəkləməkdən çəkindirmək olub, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinin gücünü zəiflətmək üçün həyata keçirilib. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol