“YA DANIŞIQLARDAN İMTİNA ETMƏLİ, YA DA FASİLƏ GÖTÜRMƏLİYİK...” – "Bundan hamı özü üçün nəticə çıxaracaq"

“Prezident İlham Əliyev son müsahibəsində ciddi mesajlar verib. Bu mesajlar həm Azərbaycan ictimaiyyətinə, həm də ATƏT-in Minsk qrupuna ünvanlanıb. Mahiyyət ondan ibarətdir ki, Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir aparılan danışıqlar heç bir nəticə vermir. Uzun illərdir vasitəçilərin gördüyü iş də faydasızdır. Prezident xüsusən onu da qeyd etdi ki, il başlayandan xarici işlər nazirləri arasında aparılan onlayn müzakirələr də bir işə yaramır”.

Bu fikirləri “AzPolitika.info” saytına açıqlamasında politoloq Elxan Şahinoğlu dövlət başçısı İlham Əliyevin yerli mediaya müsahibəsində səsləndirdiyi bəyanatları şərh edərkən bildirib. 

Xatırladaq ki, ölkə başçısı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyində hər hansı dəyişiklik olmadığını və olmayacağını bildirib: “Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqaəsaslanır: "Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, ermənitorpağıdır”.

Prezident vurğulayıb ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməir. “ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər". 

"Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavabvermədi" - deyə İlham Əliyev bəyan edib.

Elxan Şahinoğlu qeyd edir ki, prezidentin çıxışında Xarici işlər naziri Elmar Məmmdəyarova yönəlik bir qınaq da vardı ki, uzun-uzadı mənasız danışıqlarda iştirak etməklə əslində Ermənistana dolayısı ilə yardım etmiş olur. Politoloq dövlət başçısının imitasiyanın əleyhinə olduğunu vurğulayıb.

Dövlət baçısı həmçinin deyib ki, BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var: "Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha dagücləndirir".

E. Şahinoğlu münqaişənin həlli ilə bağlı Bakının önündə iki seçim dayandığını bildirib: “Biz ya ATƏT-in Mnisk Qrupunun vasitəçiliyindən imtina etməliyik, ya da danışıqlarda fasilə götürməliyik. İmtina etmək çətin qərardır, bu o deməkdir ki, biz danışıqlardan imtina edib müharibəyə başlayırıq. Ona görə ciddi təzyiqlərlə üzləşə bilərik. Amma danışıqlarda fasilə götürəriksə, heç kim bizim qarşımızı ala bilməz. Bununla o mesajı veririk ki, danışıqlar heç bir nəticə vermir, biz bu qeyri-müəyyənliklə razılaşmaq istəmirik. Ona görə də danışıqlarda fasilə götürüb münaqişənin həlli üçün digər yollara hazırlaşırıq. Bundan hamı özü nəticə çıxaracaq. Bəlkə də böyük dövlətlər Ermənistana qarşı müəyyən təzyiqlər edə bilərlər”.

Ölkə başçısı müsahibəsində bir məqama da diqqət çəkib: “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyətibir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

Elxan Şahinoğlu Prezidentin bu fikirlərini şərh etməzdən əvvəl bildirib ki, BMT rəhbərliyinə ünvanlanan bu müraciət çox əhəmiyyətlidir: “Biz BMT rəhbərliyindən, böyük dövlətlərdən dəstək almışıq, dünən Rusiya da bu təşəbbüsə razılığını bildirdi. Əlbəttə, bu o demək deyil ki, onlayn müzakirələr pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynaya bilər. Amma bu təşəbbüs Azərbaycanın imici üçün çox vacibdir”.

Politoloq qeyd edir ki, BMT rəhbərliyi tərəfindən Bakının bu təşəbbüsü dəstəklənirsə, təəssüf ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanım çağırışlarna, tələblərinə belə operativ dəstək verilmir: “BMT bu məsələni ATƏT-in üzərinə atmaqda davam edir”.

AzPolitika.info

635x100

Şərhlər

Elxan Şahinoğluna 2020-07-10 23:33:54

Qarabağı almaq iqtidarın vəzifə borcudur. Əgər öz vəzifə borcuna 30 il fasilə vermək istəyirsə buna nə ad verək? Mənim sənə ay Elxan day sözüm yoxdur.

Vəli 2020-07-10 23:28:29

boş terminlər

t.ədalət 2020-07-10 22:47:37

Ermənistanın çıxışlarına son qoymaq üçün hazırda Azərbaycanda yüksək vəzifələr tutan anası,arvadı,qaynanası,bacısı,qudası və ətəyi erməni qoxuyan digərlərini dərhal vəzifədən azad etmək lazımdır.Bununla da bermənilərin Azərbaycandakı güclü dayaqları sıradan çıxacaq və onlar indiki kimi arxayın danışmayacaqlar.Azərbaycan balaca ölkədir.ermənistandan toylarına erməni musiqiçiləri gətirənlər də var.Biz bu mövqeyimizlə son verməli,erməni sevdalılarına yerlərini göstərməliyik.

aydin 2020-07-10 22:42:12

səməd seyidovun fikrinçə 300 gözləməliyik,ondan sonra lazim gələrsə torpaqlari işğaldan azad edərik

Eli 2020-07-10 22:41:20

Ay qardaş Qarabağ bunlatşuw deyil bu adam öz a Ana dilinde adam kimi damışs bilmir bu Qarabağ hell edecek .İnandırım Sizi bununla söhbet eden taxtabaşlar bundan gözel azerbaycanca danışar men bunu istenilen addmla mübahise ederem

Aborigen 2020-07-10 21:55:24

Mən belə hesab edirəm ki, müəllif düz buyurur, fasilə götürməliyik. Niyə vasilə götürdüyümüzü ermənilər o qədər düşünəcəklər ki, nəhayətdə heç nə anlamayacaqlar və gərginlikdən hamısı dəli olacaq. Qarabağ məsələsi də öz-özünə həll olacaq. Qarabağ dəlinin nəyinə lazımdır ki? Vəssalam!

Aborigen 2020-07-10 21:53:23

Mən belə hesab edirəm ki, müəllif düz buyurur, fasilə götürməliyik. Niyə vasilə götürdüyümüzü ermənilər o qədər düşünəcəklər ki, nəhayətdə heç nə anlamayacaqlar və gərginlikdən hamısı dəli olacaq. Qarabağ məsələsi də öz-özünə həll olacaq. Qarabağ dəlinin nəyinə lazımdır ki? Vəssalam!

Əsgər 2020-07-10 20:11:26

Fasilənin məqsədi?Əgər danışıqlar baş tutmursa o zaman məsələnin hərbi yolu qalır.

Xalq 2020-07-10 19:02:03

Necə yanı fasilə götürək? Sizin götürdüyünüz 30 illik fasilə bəs eləmir? Antrakta heç bir ehtiyac yoxdur. Bu işi müharibə yolu ilə həll etməliyik vəssalam. Başqa yol yoxdur.

haqq 2020-07-10 17:26:08

ALLAH HARAM YEYENLERİN BELASİN VERSİN İNSALLAH QİSA MUDDETDE YERLE YEKSAN OLACAQLAR İNSALLAH

ejder 2020-07-10 17:23:48

AYE,,LAZIM GELERSE,,LAZIM GELERSE DEYEN KIM IDI...

Son yazılar