Gürcüstanda son sutkada koronavirusa 8 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin ümumi sayı 981-ə çatıb. Onların 851-i sağalıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində 4 851, stasionar nəzarətdə isə 231 nəfər saxlanılır. Xüsusi rejimli xəstəxanalarda xaricdən gətirilən 31 Gürcüstan vətəndaşı da müalicə olunur.


Şərhlər
Qûrcûlerde artim 1/2 nefer olur ( Yani 10 qune 1 nefer(() bizde her qun 500/550 adam . Bu ne demekdi ?? kim bilrse yazsin ,,,