"Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər" - Vahid Əhmədovun səhhətilə bağlı açıqlama

"Hazırda millət vəkili Vahid Əhmədovun səhhəti normaldır. Artıq müalicəsi bitmək üzrədir". Bunu Oxu.Az-a açıqlamasınnda millət vəkilinin köməkçisi Arif Orucov bildirib.

"Hər gün əlaqə saxlayıram, vəziyyəti stabildir. Risk geridə qalıb. Bazar ertəsi həkimlər bir də müayinə edəcək və rəy verəcəklər. Daha sonra Azərbaycana qayıtması barədə qərar qəbul ediləcək" - deyə Arif Orucov bildirib. 

Qeyd edək ki, bir neçə müddət əvvəl Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yarandığı üçü o, təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar