İslam Dövləti yaraqlıları Suriyanın sərhəd şəhəri olan Kobani üzərində öz bayraqlarını qaldırıblar.
Bunu Reuters agentliyi oktyabrın 6-da xəbər verir.
Bundan əvvəl kürdlərlə İD yaraqlıları arasında amansız döyüşlər olub.
Oktyabrın 5-də İslam Dövləti (İD) yaraqlıları kürdlərin yaşadığı Kobani şəhərinin cənub girişinə nəzarət edən strateji təpənin bir hissəsini ələ keçirmişdi, ancaq ABŞ-ın hava zərbələri onların irəliləməsini yavaşıtmışdı.
Kobani rəsmiləri bildirirdi ki, İD yaraqlıları şəhərin bir kilometrliyinə yaxınlaşıblar və hava zərbələri ilə onların qarşısını almaq mümkün olmayıb.
Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, dörd nəfər yaralanıb.
Türkiyə hökuməti İŞİD təhlükəsinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb.
Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib. Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru çevrilib.
Böyütmək üçün şəkillərə klikləyin
[gallery ids="59774,59775,59776,59777,59778,59779"]


Şərhlər