"ERMƏNİSTAN ÜÇÜNCÜ ÖLKƏLƏRİ MÜNAQİŞƏYƏ CƏLB ETMƏYƏ ÇALIŞIR" - Azərbaycan XİN

"Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN)yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.

"Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.

Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Allah şəhidlərimizə rəhmət eləsin"-deyə, məlumatda bildirilib. 

635x100

Şərhlər

Etibar 2020-07-13 16:06:13

Mənsur bəy, Leyla xanım ABdullayeva Rusiyanın adının çəkməyə qorxur, axı onun və həyat yoldaşının Rusiyaya xüsusi rəğbəti vardır.

Eko 2020-07-13 09:19:35

Orduda bezi qenerallar , rusun adamlaridi !!! .....

.EJDER 2020-07-13 01:00:07

ORDUYA TALIB MEMMEDOV,QORXMAZ QARAYEV KIMI GENERALLAR LAZIMDI,,.....

Mahmud 2020-07-13 00:21:27

Xarici haqq -hesablar Nazirliyi durdu durdu səsini çıxardı.

nihad 2020-07-13 00:05:58

istər Rysiya olsun,istər Fransa Vətəni azad etmək istəyən iradə qarşısında bizə mane ola bilməz,belə şeyləri ortaya atanlar qorxaq və şaiyəbazlardır

t.ədalət 2020-07-12 22:16:38

Bu regionda hücumlar müharibənin ilk vaxtlarında da olurdu.Tovuz-Qazax istiqamətində təxribatlar törədən Rusiya diqqəti Dağlıq Qarabağdan yayındırır və gözlənilmədən hücuma keçirdi.Ehtiyatlı olmalıyıq ki,Rusiya əvvəlki dövrlərdə olduğu kimi bizi aldatmasın.Problemib "açarını" özü ilə gəzdirən Rusiyadan ciddi surətdə ehtiyat etməli,onun manevrlərini izləməliyik.

t.ədalət 2020-07-12 22:04:28

Müharibənin,ərazilərimizin işğal olunmasının səbəbkarını--Rusiyanı unutmayın!

etibar 2020-07-12 21:56:13

texribat nedi aya hucum edib torpaximizi zebt edirler bu hele texribat edir ayib olsun kisi olun aya vurusun tovuz qarabaxdi ki

Vətəndaş 2020-07-12 21:55:31

BİZİM ORDU QARABAĞIMIZI HÜCUM EDİB ALMALIDIR. İNDİ OLMASA HİYLƏGƏR DÜŞMƏN BAŞQA OYUNLAR OYNAYACAQ. PAZI PZLA ÇIXARMAQ OLAR. DÖYÜŞLƏ DÜŞMƏN ƏZİLMƏLİDİR

Azər 2020-07-12 21:51:34

Şanlı Azərbaycan ordusu, imkandır gedin irəli nə qədər mümkündür ... Allah qorusun

Mənsur 2020-07-12 21:27:20

Bu məlumatın mənasını anlayan oldumu? Üçincü ölkə hansıdır? Biz Lazımı gzləməklə təslimçiliyimizi tsiqləyirik.Bunu anlayan varmı?

Vətəndaş 2020-07-12 20:04:18

Nə zaman Azərbaycanın müdafiəsinə məsul şəxslər yuxudan ayılacaq,milləti boş sözlərlə aldatmayacaq,əməli işlə məşğul olub,torpaqların qayraqılması üzrə əməliyyatlara başlayacaqlar:?əcəklər.llaşacaq.

Son yazılar