“Ordumuz düşmənə daha ağır zərbə ilə cavab verməlidir” - DEPUTAT

“Biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin mümkün səbəbləri barədə danışarkən deyib.

Partiya sədrinin fikrincə, Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilərdi. “Amma təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl Ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.

“Şəhidlərimizin ailə üzvlərinə və xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların sağlması üçün Allaha dua edirəm”, - deputat deyib.

635x100

Şərhlər

Xalq 2020-07-13 13:32:01

Babək müəllimlə tam şərikəm. Torpaqları geri almağın əsl vaxtıdır. Türkiyədən kömək istəyərək Qarabağı almaq lazımdır. Ölsək şəhid olacayıq, torpaqsız qalsaq ürəyimiz partlayacaq.

Xezer 2020-07-13 13:20:57

Rus təbii ki, nüvə silahı işlədən deyil. Başqa da, ruslar gəlib erməninin yerinə döyüşməyəcək. Özlərinin də bu pis günündə... Lap elə döyüşəcək, barıtımız var və udacağıq, inşAllah

t.ədalət 2020-07-13 13:06:10

Sözlə deyil deputatlarımız cəbhədən gizlətdikləri övladlarını orduya verməklə nümunə göstərməlidirlər.

Babək 2020-07-13 12:18:03

Cavab vermək odur ki,bunların hamısını edən həm də Ruslardırsa Türkiyədən rəsmi surətdə kömək istəmək və müharibəyə baçlayıb torpaqları almaq lazımdır.

Son yazılar