Türkiyənin vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.
“Report” xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.
Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:
"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. Türkiyə və Azərbaycan ətlə dırnaqdır. Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".
Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.


Şərhlər
Dost ağır günlərdə tanınar-deyiblər.Ətəyi rus ifrazatına bulaşıqlar da gördülər ki,bizim dostumuz da,xilaskarımız da Türkiyədir.Atalar yaxşı deyiblər:İlan ulduz görməsə ölməz.
bizim arxamızda qardaş Türkiyə dayanır, eşq olsun qardaşlarımıza!