Sabiq prorektorun oğlu hakim qarşısında
Baxiş sayı:
Dərc olunub:
14/07/2020 - 10:24
Bakıda dələduzluqda ittiham edilən Mərhəmət Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azad Məcidovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.
Qeyd edək ki, "Mars-M” firmasının rəhbəri M.Bəşirov Bakıda çoxrmərtəbəli binaların tikintisi ilə məşğul olub.
Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
M.Baxırovun atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.