"MƏN ATƏŞKƏS YOX, QİSAS İSTƏYİRƏM!..." - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı

Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bu gün Ermənistan ordusu ilə döyüşdə həlak olmuş general-polkovnik Polad Həşimov haqqında olduqca təsirli, ürək parçalayan sözlər yazıb.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə rəhbərlik edən S. Orucova bu fikirləri “Facebook”dakı səhifəsində paylaşıb:

“Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım.. Düşündüm ki, yəqin səhv olub... Raquf şəhid olanda da bu cür qarşılamışdım... Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həşimov... Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.
Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!”

Sevinc Orucova vətən naminə birləşməyin vacib olduğunu vurğulayıb:

“2016-cı ilin qələbə ruhlu aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək! Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq!

Bu qədər qanın içərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını.. Ya məhv olaq, ya da xalq kimi zəfərlə doğulaq! Daha kimin şəhid olmasını və ya daha nə baş verməsini gözləyirik? Arxalı, harınlamış, yağı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüşə hazırıq! Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!

Ruhun şad olsun, cənab General!
Görüşəndə Raqufa salam de...”

635x100

Şərhlər

XANIM 2020-07-15 20:27:20

Var ol Vətən qızı!

Ağayev Ağahüseyn 2020-07-15 19:00:40

Yalnız AZƏRBAYCAN XANIMI,ANASI,BACISI deyə bilərdi bu sözləri.Qanı qarışıqlardan nə gğzləyəsən? .ALLAH BÜTÜN ŞƏHİDLƏRİ RƏHMƏT ETSİN. AMMİN...

Sevinc 2020-07-15 17:30:35

Xainlərə görə bu millət zülm çəkir

Adam 2020-07-15 12:44:42

Allah rəhmət eləsin bütün şəhidlərimizə, möhtərəm generalımız başda olmaqla. Etiraf etməliyik ki, generalın ölümü təsadüfü olmur. Xainlər tapılmasa işimiz ağır olacaq.

Eli 2020-07-15 11:31:51

Men demişem ve heqiqeten de beledir:Bizm xanımlarımız oğullarımızdan da qeyretli ve dözumlğdür .Yaşa var ol ey ulu Azerbaycan sen övladlarınla fexr ede bilersen

elchin 2020-07-15 10:36:20

halaldi bacim! Biz meqlub olmayacaqiq-cunki senin kimi analarin doqduqu aslan oqullarimiz var

Əli 2020-07-15 10:35:36

Səhidlərimizə Allahdan rəhmət diləyir xaləimiza bas sagligi verirəm təqaudcu hərbici kimi ondə getməyə haziram

Vahid ə 2020-07-15 06:21:04

Niyə, MN sərhədləri (Laçından) qanunla bağlanmasın ki?

Gulsen 2020-07-14 23:13:53

Orduda rusa-ermeniye xidmet eden xain varsa, doyuslerde bele urekdaglayan itkiler olacaq.

Aborigen 2020-07-14 20:46:18

Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin! Eşq olsun Vətən yolunda canından keçənlərə! Eşq olsun özünü Vətən daşı bilənlərə! Bu Vətən uğrunda şəhid olanlarındır! Hamımız ŞƏHİDLƏRİMİZİN qarşısında baş əyirik! Haqqınızı halal edin!!!

Bey. 2020-07-14 19:58:11

Bəli qisas alınmalıdır.

Xalq 2020-07-14 19:26:45

Bu xalqımız müsəlləh əsgərdir. Bütün şəhidlərimizin qanını alacayıq inşaallah. Qarabağ azad olunmasa sakitləşmərik!

Azər 2020-07-14 18:40:22

"Ruhun şad olsun, cənab General! Görüşəndə Raqufa salam de...” Bu söz bəs edər ki, Qarabağ uğrunda - salamları ünvanlarına çatdırmaq üçün ayağa qalxaq.

t.ədalət 2020-07-14 18:19:15

Şəhidin həyat yoldaşının yazısı məni kövrəltdi.Yalnız Azərbaycan qızı belə yaza bilər.Təəssüf ki aramızda olan erməni uşaqlarından xilas ola bilmirik.Bizim qəhrəmanların anası da,xanımı da azərbaycanlıdır.Biz azərbaycanlılığımızla fəxr etməliyik!

Vahid 2020-07-14 18:15:06

ŞUŞANİ VURMAQ LAZİMDİR !!! ERMƏNİSTANİ YOX

Pərviz 2020-07-14 18:13:02

Bu gün bütün Azərbaycan döyüşçüdür!

Son yazılar