Menu

Paşinyan ordu rəhbərliyi ilə görüşdü: düşmən narahatdır

14.07.2020, 23:48
Paşinyan ordu rəhbərliyi ilə görüşdü: düşmən narahatdır

Ermənistanın baş naziri Nikol Paşinyan bir az əvvəl Azərbaycanla sərhəddə yaşanan hadisələrə görə silahlı qüvvələrin rəhbərliyi ilə toplantı keçirib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Müşavirədə müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın rəhbərliyi ilə hərbi komandanlıq iştirak edib. Toplantıda sərhəddəki durum və situasiyanın inkişaf perspektivləri müzakirə olunub, bildirilib ki, hazırda vəziyyət nəzarət altındadır.

Ancaq erməni mediasının yaydığı fotolardan N.Paşinyanın, həmçinin ordu rəhbərliyinin çox gərgin ovqata kökləndikləri, narahat olduqları aydın görünür. Azərbaycanın sarsıdıcı zərbələri qarşısında qalan düşmən ölkənin Fövqəladə Hallar Nazirliyi sərhəd boyunca yaşayan əhalinin təxliyə ediləcəyini elan edib.


Qeyd edək ki, Ermənistan ordusunun rəhbərliyi 4 hərbçinin öldüyünü, 5 nəfərinsə yaralandığını açıqlasa da, erməni vətəndaşlar itkilərin qat-qat çox olduğunu yazırlar.

Şərhlər

müəllim 2020-07-15 11:29:39

Erməni dığalarına yerini göstərməyin vaxtıdır

t.ədalət 2020-07-15 10:11:26

Düşmən tərəfdəki erməni-rus hərbiçiləri,ola bilsin ki,birbaşa Putin tərəfindən idarə olunur.Pasşinyanı eşidən,çətin ki,olsun.Bu təxribatın müəllifi Moskvadır.Onlar məqsədlərinə qədər gedəcəklər.Sadəcə olaraq,Ərdoğanın vəziyyətlə əlaqədar dediyi "Bu erməni çapını aşır" ifadəsi Moskvanın quyruğunu ortaya qoyur.Buna görə,ola bilksin ki,"yavaşısınlar"..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol