ORDUYA DƏSTƏK AKSİYASI TƏXRİBATLA BİTDİ – Bir qrup insan parlamentin binasına daxil olub (Video+Fotolar)

Bakıda dünən axşam saatlarından Azərbaycan Ordusuna dəstək məqsədilə başlayan yürüşlər Şəhidlər Xiyabanının qarşısında mitinqlə davam edib.

Aksiyada, əsasən gənclərdən ibarət minlərlə vətəndaş iştirak edib, onlar “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarlarını səsləndiriblər. Polis aksiyaya son anlara qədər təmkinli münasibət göstərib.

Lakin səhərə yaxın aksiyaya müəyyən təxribat elementləri qatılıb. Belə ki, bir qrup aksiyaçı zorla Milli Məclisin binasına daxil olub. Bundan sonra polis parlamentin qarşısında qalan aksiyaçıları ordan uzaqlaşdırmaq üçün güc tətbiq etməli olub. Bu zaman bir polis maşını aksiyaçılar tərəfindən aşırılıb.

Bir neçə yüz nəfərdən ibarət aksiyaçı yenidən yürüş keçirərək, “Azadlıq” meydanında yolu bağlamağa cəhd göstərib. Polisin müdaxiləsindən sonra gənclər burdan da dağılışıblar. Polisin tələbinə əməl etməyənlər arasında saxlanılanlar olub.

635x100

Şərhlər

t.ədalət 2020-07-15 13:24:00

Niyə bu təxribatçılar tutulub cəzalandırılmır?Onları xalqa da göstərmək,Vətən üçün ağır bir vaxtda etdikləri xəyanətin məqsədini soruşmaq lazımdır.

vasif 2020-07-15 11:22:01

Mitinq normal keçirdi.Bəs əslində txribaytı hazırklayanlar kimlər olub?bunu aydınlaşdrıb cəmiyyətə çatdırmaq yaxşı olardı.l

Yengibar 2020-07-15 10:02:45

Dövlət, Vətən hamımıızndır, həyatımıza, tariximizə qarantdır, onları qorumaq ən müqəddəs borcumuzdur.

Vətəndaş 2020-07-15 09:45:17

TƏMKİNLİ VƏ AYIQ OLMAQ LAZIMDIR MİLLƏTİMİZƏ. DÜŞMƏNLƏRİMİZİN,TƏXRİBATÇILARA ÇALIŞACAQLAR Kİ, ÖZ ARAMIZA QIRĞIN SALSINLAR, DÜŞMƏN YADDAN ÇIXSIN ELƏ BİR-BİRİMİZİ QIRAQ

Zaur 2020-07-15 09:34:47

Bu texribat yox axmaqldı

Ədalət 2020-07-15 09:31:41

TƏXRİBAT TÖRƏDƏNLƏR CİDDİ CƏZALANDİRİLMALİDİR !!

Vətəndaş 2020-07-15 09:17:49

Qətiyyən xaosa yol vermək olmaz.

t.ədalət 2020-07-15 08:25:59

İnsanlarınb təmiz hislə keçirdiyi yürüşü murdarlamaq cəhdində olanlar haqqında tədbir görülməsi,qanunların tələbinə görə cəzalandırılması vacibdir.Belə adamlar,adətən,məsləksiz və əxlaqsız olurlar.

Azad Müntəzir 2020-07-15 06:17:15

Aksiyanın tələbi nədir? MM, ya KİM nə qərar verəcək?

Son yazılar