“İyul ayının 14-də gecə saatlarında Azərbaycan gənclərinin Ordumuza dəstək məqsədilə çoxminli yürüşü keçirilib. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimizin naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir”.
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi:
“Lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz. Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərinin hücumlarının qarşısını alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır”.
Ə. Əhmədov qeyd edib ki, insanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun: “Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir Azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.


Şərhlər
Əli müəllim,ordumuzun içərisindəki rus casuslarını uzaqlaşdırmaq lazımdır.Xalqdan qorxmayın.Xalq Vətənə xəyanət etməz.İtkilərimizə səbəb içərimizdəki rus casuslarıdır.Kordinatları düşmənə onlar verir.
Şərhlər çox doğru və düzgündür.İndi isanları öyrədib xalq öçərisinə qatıb.provokasiya təşkil edni cəzalandırmaq tələb iolunmalıdır.Milləti günahlandırmaq mkrli insanların əməlidir....
Bütün fikirər, bütün işlər, əməllər Qarabağın alınmasına yönəlməlidir.
şaiyə gəzir ki o təxribatçılar mülki geyimdə olan öyrədilmişlərdir
Əli müəllim, bu tavtologiya ilə dolu cümlələrlə Qarabağı geri ala bilməyəcəyinizi özünüz də bilirsiniz. Xalqın Sizə bir sualı vardır: Tibb Unvierstietində çalışan oğlunuz əsgərlikdə olubmu və onu cəbhəyə göndərməyə hazırsınızmı?
Xalqın döyüş əhval-ruhiyyəsini bir-iki nəfər rusistin hərəkəti ilə siyasi məcraya yönəltmək doğru deyil.İndi,biz müharibəni yaddan çıxarıb öyrədilmiş və yürüşə itələnmiş beş-on nəfərin məsələsinə münasibətə yönəltməliyik?Cinayətkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları var.Fikrimizi gərəksiz adamların üzərində dolandırdıqca Rusiyanın planlarına dəstək oluruq.Biz bütün məüsədimizi erməni-rus hərbiçilərinin qarşısının alınmasına yönəltməliyik.Hərbi xidmətdən yayınanların,əsgəri xidmətdə olmayan vəzifəlilərin cəzalandırılması haqqında qanunlar hazırlamalıyıq.
Sənin oğlun,nəvən vtəni qoruyub ya vətən uğrunda şəhid olubmu? Olmayıbsa sənin və sənin kimilərin danışmağa kimlərisə qınamağa haqqın yoxdur.