Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, Avropa ölkələri Avropa İttifaqında (Aİ) birləşiblər ki, «ABŞ-dan istifadə etsinlər».
Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən, Tramp bildirib ki, ABŞ Avropa da daxil olmaqla, dünya ölkələri ilə «nəhəng iqtisadi yarışda» iştirak edir. ABŞ liderinin sözlərinə görə, onlar «heç vaxt ABŞ-a yönəlik yaxşı münasibətdə olmayıblar».
Tramp əlavə edib ki, Avropa İttifaqını yaratmaqda məqsəd Birləşmiş Ştatlardan fayda əldə etmək olub. Bu zaman prezident özünün bu mövqeyni təsdiqləyən heç bir fakt göstərməyib.
Xatırladaq ki, Trampın prezidentliyi dövründə müxtəlif ticarət rüsumları təkcə Çinə yönəlik yox, həm də Avroittifaq ölkələrinə qarşı tətbiq olunub.
AzPolitika.info


Şərhlər