Menu

“Ermənilərin kimlərdən güc alması üzə çıxacaq” - Türkiyənin hakim partiyasının sözçüsü

16.07.2020, 10:20
“Ermənilərin kimlərdən güc alması üzə çıxacaq” - Türkiyənin hakim partiyasının sözçüsü

"Ermənistanın kimdən güc alıb bu cür təxribatlara əl atması yəqin ki, yaxın zaman ərzində üzə çıxacaq".

Bunu bir neçə gündür ki, Tovuz istiqamətində yaşanan gərginliklə, atəşkəsin pozulması ilə bağlı Modern.az-a danışan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiya sözçüsü Mahir Ünal bildirib. Partiya rəsmisi provakasiyanın müəyyən məqsədlərə qulluq etdiyini qeyd edib: "Azərbaycan bizim canımız, qanımızdır. Bütün məsələlərdə sizinlə bir yerdəyik. Qarabağ məsələsində nə qədər haqlı olduğunuzu çox yaxşı bilirik. Beynəlxalq təşkilatlarda bu münaqişədə Azərbaycanın haqlı olduğunu, əsl gerçəkləri dünyaya çatdırırıq. Çünki Azərbaycanın münaqişəsi, problemi eyni zamanda, bizim də problemimizdir.

Tovuz istiqamətində Ermənistan atəşkəsi pozanda Azərbaycan onlara lazımı cavabı verib, şəhidlərimiz var. Şəhidlərin hər birinə Allahdan rəhmət diləyirəm. Bir məsələni açıq şəkildə bilmək lazımdır ki, biz bir millət, iki dövlətik. Bu baxımdan haqlı savaşımızı dünyaya daha açıq şəkildə çatdırmağımız və eyni zamanda bizə edilən bütün haqsızlıqlara qarşı da güclü dayanmağımız lazımdır.

Ermənilərin bu cür çətin pandemiya dövründə atəşkəsi pozması təbii ki, provakasiyadır. Sözsüz ki, bu provakasiyanın da arxasında hansısa niyyət dayanır. Ermənistanın beynəlxalq aləmdə hansı ittifaqların içərisində olmasına da xüsusi diqqət yetirmək lazımdır. Onların kimlərdən güc alaraq bu cür təxribata əl ata biləcəyi yəqin ki, yaxın zamanlarda açıq şəkildə üzə çıxacaq".

Şərhlər

Xalq 2020-07-16 14:02:08

Türk qardaşlarımıza bu böyük dəstəyə görə təşəkkürlərimizi bildiririk.

müəllim 2020-07-16 12:04:47

Allah Türkiyəni qorusun

t.ədalət 2020-07-16 11:49:31

Azərbaycan mmurları içində işğalçı Rusiyanı dəstəkləyən çoxdur.Onlar anası,arvadı,qaynanası,nənəsi,qudası və daha nəyi erməni olanlardır.Onlar anti-türk əxlaqında olan düşmənlərimizdir.....Onlar ermənilərin arxasında dayanan Rusiyanın adı çəkməyə imkan verməyəcəklər.

Əliyev F. 2020-07-16 10:34:43

Üzünü şimala tutanlara səslənirəm_Bax budur qardaş! Bir millət iki dövlət

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol