Menu

"Azərbaycana məxsus 13 PUA-nın vurulması xəbəri yalandır" - Müdafiə Nazirliyi

16.07.2020, 10:52
"Azərbaycana məxsus 13 PUA-nın vurulması xəbəri yalandır" - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.

V.Dərgahlı deyib ki, bu yanlış məlumatdır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün PUA-lar sıradadır, itki yoxdur", - nazirlik rəsmisi əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol