Menu

Cənubi Azərbaycanda Ordumuza dəstək aksiyası – Həbs olunanlar var

18.07.2020, 11:05
Cənubi Azərbaycanda Ordumuza dəstək aksiyası – Həbs olunanlar var

Dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız Ermənistanın təxribatçı əməllərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş təşkil edirlər.

Modern.az-ın xəbərinə görə, növbəti yürüşlərdən biri İranda təşkil edilib. Əllərində Azərbaycan bayraqları, eləcə də “Orduya dəstək!” plakatları daşıyan soydaşlarımız, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildiriblər.

Təəssüf ki, Güney Azərbaycanda dəstək mitinqlərində iştirak edənlər arasında həbs olunan var.

Mitinqlərdə iştiraka görə həbs edilən soydaşlarımızın siyahısı: Həkimə Əhmədi - Təbriz, Şiva Mücərəd – Urmiya, Yasəmən Zəfəri - Təbriz, Rəsul Rəzəvi - Təbriz, Rəhim Sasani - Təbriz, Səidullah Sasani - Təbriz, Həmid Cəbbari – Tehran, Fərid Xurşidi – Urmiya, Səhənd Bəhnmun – Urmiya, Səyid Behnumud - Urmiya

Şərhlər

Eko 2020-07-18 15:31:27

Teze XIN nazirimiz acar inshalla,,,

Xalq 2020-07-18 11:55:24

Allah İranda həbs olunmuş soydaşlarımızın qapısını açsın.

Mehdi 2020-07-18 11:41:24

Onlari həbs edənlərin var yoxu itin olsun.Niyə həbs edirsiniz ay alcaqlar?r

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol