Gürcüstanın siyasi ekspertləri rəsmi Tbilisinin Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı passivlik nümayiş etdirməsi fikirləri ilə razı deyillər.
Bunu “Report”un yerli bürosuna açıqlamasında gürcü politoloq, professor Simon Kopadze bildirib.

Onun sözlərinə görə, ərazi bütövlüyü məsələsi Gürcüstan və Azərbaycan üçün ümumi problemdir: “Gürcüstan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Son hadisələr sübut edir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında yalnız Azərbaycan və Gürcüstan maraqlıdır”.
Ekspert bildirib ki, Ermənistanın Azərbaycan tərəfini UAZ maşını ilə hərbi diversiya törətməkdə ittiham etməsi sadəcə gülüncdür: “Bu, hətta lətifə qədər gülməlidir”.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq siyasət arenasında müstəqil oyunçu kimi mövcud deyil: “Ermənistan marionet, kvazi-dövlətdir və tamamilə Rusiyaya tabedir”.
S.Kopadze Ermənistanın ölkədəki COVID-19-la bağlı ağır vəziyyət fonunda müharibəyə hazır olmadığını deyib: “İndi baş nazir Nikol Paşinyan nəinki reytinqini, başını da itirib”.
O qeyd edib ki, Ermənistan müstəqil dövlət olsaydı, Gürcüstan münaqişə tərəflərini Tbilisidə danışıqlar aparmağa dəvət edə bilərdi.

Gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya da “Report”a bildirib ki, Gürcüstanın qonşuluğunda baş verən toqquşmalara biganə qalması qeyri-mümkündür: “Bütün Gürcüstan xalqı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti ürək ağrısı ilə izləyir. Azərbaycanın problemi Gürcüstanın problemdir, çünki iki ölkə və xalq bir-biri ilə çox sıx bağlıdır. Gürcüstanın müstəqilliyi Azərbaycanın qüdrətindən asılıdır. Gürcüstan-Azərbaycan dostluğu və birliyi çox möhkəmdir”.
Tarixçinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı son hücumları növbəti təxribatdır: “Ermənistan Azərbaycana hücumla bağlı qərarı müstəqil qəbul etmək iqtidarında deyil. Qərar Moskvadan diktə edilib”.


Şərhlər
1000% f|k|rler|le raz|yam! ESAS MEQSED AZERBAYCAN|N CAN|NA BU ERAZ|DE VELVELE SALMAQD|.PREZ|DENT|N UZAQG0RENL|Y| HEQ|QETEN MEN| MAT Q0YDU! D0GRUDANDA DAH|N|N BALAS|DA DAH| 0LAR!
TAMAMİLƏ DOĞRU FİKİRLƏRDİR.
TAMAMİLƏ DOĞRU ŞƏRHDİR.ERMƏNİSTANIN RUSİYANIN TƏSİR DAİRƏSİNDƏ OLMASINI HEÇ KƏS İNKAR ETMİR.AMMA ERMƏNİLƏRDƏN DAHA ÇOX AZƏRBAYCAN ÜÇÜN TƏHLÜKƏNİ XARİCİ İŞLƏR VƏ DİGƏR NAZİRLİKDƏ OLA BİLƏCƏK XAİNLƏR VURA BİLƏRLƏR VƏ YƏQİN Kİ VURURLAR.QƏTİ QƏRAR QƏBUL EDİLMƏLİ XAİNLƏR DÖVLƏT İDARƏLƏRİNDƏN TƏMİZLƏNMƏLİDİR.AZƏRBAYCANIN BƏZİ MÜƏSSİSƏLƏRİNDƏ İŞƏ QƏBUL ÜÇÜN ƏRİZƏ VERƏNLƏRDƏN RUS DİLİNİ BİLMƏK TƏLƏB EDİRLƏR.AZƏ RBAYCAN VƏ İNGİLİS DİLLƏRİNİ YOX RUS DİLİNİ.BELƏLƏRİ RUSDİLLİ MƏKTƏBLƏRDƏ YETİŞMİŞ 5-Cİ KOLON NÜMAYƏNDƏLƏRİDİR.
Aydındır ki,Moskvadır bu qərarları verən. Bizi də Moskva idarə edir. Etməsə idi Şoyqunun bir zəngi ilə o dəhşətli qərar olmazdı. İndi də ona oxşar bir hadisədir. Ordumuza Qarabağa girmə əmri verilmədi və heç vaxt verilməyəcək neçə ki................