Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qisimində istintaqa cəlb olunuraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib.
Məhkəmənin müvafiq qərarları ilə onların hər biri barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.


Şərhlər
MALADES,AMMA QAPILAR ACIQ OLUF.SSENARI ZEIFDI..IKI..
ƏDALƏT QARDAŞIMA.: RESPUBLİKAMIZIN MÜDTƏQİLLİYİ NAMINƏ HƏYATIMI DƏFƏLƏRLƏ RİSKƏ ATMIŞAM, KARYERAMIN ÜSTÜNDƏN XƏTT ÇƏKƏRƏK 1990 - ,CI İLDƏ RUSİYADAN VƏTƏNƏ DÖNDÜM. MƏNIM KİMİ MİNLƏRLƏ İNSAN OLMASAYDI NƏ METƏLLİBOV ISTEFA VERƏCƏKDİ, NƏ DƏ Kİ DEPUTATLAR MÜSTƏQİLLİYİMİZƏ SƏS VERƏCƏKDİLƏR. DEPUTATLAR QAÇMAQ İSTƏYİRDİLƏR. ŞƏRHİMDƏ YAZDIĞIM FİKİRLƏRƏ İRAD BİLDİRİRSİNİZ. O UŞAQLAR NİYƏ HƏBS OIUNMALI İDİLƏR ? BUNA BƏRAƏT QAZANDIRA BİLƏRSİNİZMİ ?
Bu qarşıdurmanı əsl təşkil edənlərin ictimaiyyətə çatdırılması vacbid Axı belə hal əvvəlcədən hiss olunmayıb.Yalnız bəzi şəxslər meydana gələndən sonra belə hal yaranıb.MM-in qapıları niyə açıq olub? Kim insanları otra istiqamətləndirib?
ŞAİQƏ: bütün zamanlarda müharibələrin taleyini düşmənə qarşı ayağa qalxan xalq həll edib.Karantin rejimi oldu-olmadı,biz düşmənə qarşı nifrətimizi ifadə etməliyik.Bizim belə mobilliyimiz,əsasən Rusiyanı narahat edir.Radikal müxalifət kimi,xalq da Rusiyanı istəmir.
Gənclərimizin dinc və vətənpərvər ruhda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiyada Milli Məclisin qapı-pəncərələrin sındırılması cinayət tərkibli işdir, ancaq Tovuz rayonunda erməni düşmənlərimiz tərəfindən yüksək rütbəli zabitlərimizin Şəhid olmaları gənclərimizin vətənə olan sevgisi və könüllü olaraq döyüş bölgələrinə getmələri üçün cənab Prezident, Ali Baş Komandan əmr verməsini xahiş edirdilər. Onların bu vətənpərvər ruhda böyüyüb,boya-başa çatmalarını, gəncliyini nəzərə alaraq onların törətdikləri cinayət tərkibli işəri bağışlamaq lazımdır və onlarda törətdikləri işlərin məsuliyyətini başa düşərək düzgün yola qədəm qoyacaqlar !.
malades
bu adamlara tirka vereni cezalandirmaq lazim !!!Ôz bashna qirmeyibler ora
satqınlar,ermənidən də təhlükəlidir.
Qətiyyən xaosa yol vermək olmaz. Onların öz vəsaitləri hesabına dəyən ziyan ödənilməli, həbs müddətində Parlament prospektində təmizlik işinə cəlb olunmalıdırlar.
HEÇ BİR CİNAYƏT CƏZASIZ QALMAMALIDIR, ƏKS HALDA XAOS YARANAR. MƏNIM ÜÇÜN, BİR MƏSƏLƏ ÇOX MARAQLIDIR. KARANTİN REJİMİNİN QƏRARI LƏĞV OLUNMADIĞI HALDA, BU QƏDƏR İNSANIN BİR YERƏ YIĞILMASINA, 23. 00 - DAN SONRA İNSANLARIN İSTİRAHƏTİNƏ MANE OLMALARINA KİM ICAZƏ VERİB? İCAZƏ VERƏNLƏR DƏ CƏZALARINI ALMALIDIRLAR.
Milli Məclisin hər tərəfi kameralarınb nəzarətindədir.Ora soxulanların kimliyini müəyyən etmək çətin olmayacaq.