Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, bəziləri belə iddia edirlər ki, həm biz, həm də ermənilər “dirijor çubuğu” ilə idarə olunuruq. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Bu iddialar cəfəngiyyatdır və insanların öz dövlətinə inamını sarsıtmağa hesablanıb. Atəşkəsin bərpa olunmasından, içi mən qarışıq, bəzi insanlar narazı qalıb. İnsanların bu psixoloji durumundan və karantin rejiminin onlar üçün yaratdığı auditoriyadan istifadə edib belə cəfəng fikirlər yayırlar. Ali Baş Komandan ordunun vəziyyətini, beynəlxalq və regional durumu hamıdan yaxşı bilir. Atəşkəsin pozulmasından bir az öncə, o, bəyan etmişdi ki, torpaqlarımızı azad etmək üçün, biz, daha güclü olmalı, əlverişli bəynəlxalq şəraitin yaranmasını gözləməli və bunun üçün çalışmalıyıq. Daha güclü olmamız üçün isə Prezidentə iqtisadiyyatda və orduda islahatlar həyata keçirməyə zaman lazımdır.
Hər qanlı toqquşmadan sonra regionda marağı olan dövlətlər yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırlar. Necə ki, aprel savaşından sonra Qərbə meyllənmiş Ermənistanın Baş naziri Sarkisyan devrildi. Əgər 12 iyul toqquşmasından sonra Paşinyan da devriləcəksə, bunun bizə xeyri var ki, ziyanı yoxdur. 1993-cü ilin iyununda ermənilər Azərbaycanda baş vermiş dövlət çevrilişindən istifadə edib BMT-yə, dünya birliyinə, beynəlxalq hüquqa tüpürərək heç kimə məhəl qoymadan Qarabağ ətrafındakı rayonlarımızı işğal etdilər. Biz isə Ermənistanda baş verənlərdən istifadə edərək beynəlxalq hüququn aliliyini bərpa etməli, Qarabağı azad etməliyik. Bizim son döyüşdə canlı qüvvədə ermənilərdən daha çox itki verməyimiz barədə iddialara gəldikdə isə, bu, hətta həqiqət olsa da belə, bizi qorxutmamalıdır. İtkilərimiz nə qədər üzücü və iddia olunduğu kimi ermənilərdən çox olsa belə, bizi sarsıtmamalıdır. SSRİ İkinci Dünya Müharibəsində qalib gəlsə də, məğlub etdiyi faşist Almaniyasından az qala 3 dəfə çox itki vermişdi. Bizim hərbçilər Vətən uğrunda şəhid olurlar,ermənilər isə işğalçı ordunun əsgərləri kimi ölürlər. Çalışmalıyıq ki, işğalçı ordunun daha çox əsgərini öldürək. Bu zaman Ermənistanda sülh istəyənlərin sayı artacaq, onların işğalçı ordusu demoralizasiya olacaq. Çünki başa düşürlər ki, nəyin üstündə ölürlər. Böyük müharibəyə başlaya bilməsək də, ermənilərin təxribatları bizi sevindirməlidir, çünki bu, işğalçı ordunun əsgərlərini öldürmək üçün bizə imkan yaradır.
- Qüdrət bəy, sizcə, niyə ermənilərə daha sarsıdıcı zərbə endirib, heç olmasa Qarabağ ətrafındakı rayonlarımızı azad edə bilmirik?
- Etiraf etməliyik ki, ermənilər müasir silahlarla təchiz olunub, geniş kəşfiyyat məlumatları ilə təmin olunurlar. Müasir silahlardan peşəkarcasına istifadə edə bilirlər. Onların aprel savaşından ciddi nəticələr çıxardığı ortadadır. Düşməni bir heç saymaqla ona qalib gəlmək olmaz. Əksinə, ona olduğundan artıq qiymət verməlisən ki, döyüşə daha yaxşı hazırlaşasan. Mən dəfələrlə məsələ qaldırmışam ki, biz peşəkar ordu qurmalı və hərbi təlimlər real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilməlidir. Həmin təlimləri deputatların, jurnalistlərin, QHT nümayəndələrinin izləməsinə şərait yaradılmalıdır. Həm də xalqımız üçün bir şey qaranlıq olaraq qalır ki, niyə ermənilər hansı silahlarla hücum edirlərsə, biz də həmin silahlarla onlara cavab verməliyik? Niyə ermənilərin bizim daha güclü silahlardan istifadə etdiyimizə dair iddilarını dərhal təkzib etməyə çalışırıq? Axı bizim döyüşdə hansı silahdan istifadə edəcəyimizə dair ermənilər qarşısında hər hansı öhdəliyimiz yoxdur...
- Könüllülərin səfərbərlik üçün hərbi komissarlıqlara kütləvi müraciətlərinə necə baxırsınız?
- Onların hər biri ən böyük hörmətə və ehtirama layiqdir. Onların çoxu başa düşür ki, döyüşün taleyini müasir silahlar - radarların izləyə bilmədiyi döyüş təyyarələri, dronlar, raketlər və ondan bacarıqla istifadə etməyi bacaran peşəkar hərbçilər həll edir. Son döyüşlərdə neçə hərbçimiz adi silahdan açılan atəşlə qətlə yetirilib? Ona görə bir daha təkrar edirəm ki, peşəkar ordu qurmalıyıq. Həmin insanlar orduya yazılmaqla torpaqlarımızın azad olunmasını istədiklərini bəyan edirlər.

Şərhlər
bir misal yadıma düşür: "Nə qədər ev yiyəsi itini puləkanın dibinə bağlayıb,qonaq gələn uşaq yatağın batıracaq.Deməli nə qədər ki,5-cikolon Azərbaycandadır vəHrbi sahədə başda otudulub Azərbaycanda ordu müvəffəqiyyət qazanmağa malik olmayacaq.t*
Nəcməddin Sadıqov Müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi! Onun kim olduğunu və nə işə yaradığını Qüdrət bəy bilirmi? Bilmirsə niyə bilmir.bilirsə bu çıxışı nədir?
Bucce talan oldu. Ordu qurulmadi Hokumetin siyaseti nedi 30 ilde gozleyek Bes ermenilerin silahi41-45 silahlari idi.
He QUDRET bey--mesele qald|rmaq laz|md| b|r dene XUSUS| TEY|NATL| man|s K0MAND0SU basda fa|q agayev b|r dene XUSUS| TEY|NATL| |cra hak|mler| K0MAND0SU bas|nda semsedd|n xanbabayev ve s. HE! Bele dey|rs|z YEQ|N!
İtkilərimizin əsas səbəbi bilərəkdən vəzifələrdə oturtduğunuz Rus meyilli kadrlarınız,iqtidarın qorxaqlığı və qətiyyətsizlikdir.Çoxları qorxur ki,müharibə başlasa onlar rüçvət yığa bilməyəcək.korrupsiya .oğurluq çətin olacaq.Ona görə qətiyyətsizdirlər.5-ci kolonu bəhanə edərək əməli iş görülmür.Niyə aprel döyüşləri,Tovuz əməliyyatı söndürüldü?Qüdrt bəyin avam çıxışları təəsüb doğurur.t
Məsələnin həlli ilə ciddi məşğul olmaq vacibdir ki.belə havayı itgilərimiz olmasın.Bunu hakimiyyətə xatırlatsanız və tələb edə bilsəniz bəlkə faydası oldu..Aldığınız silahlar köhnəlir,
Müxalifət də iqtidar kimi heç vaxt Qarabağ həllinə bircə kəskin bəyanat belə verməyib??
QÜDRƏT BƏY 21-Cİ ƏSR TEXNOLOGİYALAR ƏSRİDİR HƏRBİDƏ HƏR BİR SAHƏDƏN DAHA COX PEŞƏKARLAR LAZIMDIR.
demeli bu vaxtacan camatan yalan saya sata inandirmaqa caliwmisizki .....???????????? eslinde ermeni genralmizi vuranda ayildizki bize ordu lazimdi heee.cunki olenler sizin ne evladiniz nede qohumunuzdu,hamisi kasib balasidi.ayib olsun,utaninin...
...deyir ki ordu quraq,beyem ordu yoxdur,bu ne soyleyir....... indi oyanib.
İllərdir regiyonun ən güclü ordusu .... İndi də bir neçə 30 milyard yeyib Professional ordur yaratmaq xəyalına düşdünüz. 90-cı millərdə rus-erməni tanklarına tüfənglərə sinə gərən milli ordunu buraxmaq lazım deyildir. Surət kimilərini isə güllələmək lazım idi
indi ayilmisan ?
27 лет выщибали из народа ум чест и совест-Все кто проявлял как то склонност к уму чест и совест изымали--27 лет преврашали народ населению в запуганную толпи и этим были довольными и вдруг понили что может начатся война--и потвердилось то что многократно потвержденный вещ-- РАБЫ за хозяева воеват не будет потому что нет мотивации плюс к этому 27 лет Хозяйни
........28 ildir ordu təşkil edilib.Möhtərəm Prezident deyir ki, Azərbaycan ordusu regionun ən güclü ordudur,biz istənilən vaxt torpaqlarımızı azad edə bilərik.Bəs Sən nə danışırsan? Deməli Cənin sözünə görə....
Casus sözü artıqdır. Gecə MMə girmək vəzifə savaşı da yox, düşmənə dəstəkdir!tək xidmət
İNDİCƏ BİR VİDEOYA BAXDIM. TÜKLƏRİM BİZ - BİZ OLDU, DƏHŞƏTƏ GƏLDİM. elmar məmmədyarOV AMERİKADA ÖĞLUNUN TOYUNDA ƏRMƏNİ MAHNISINA OYNAYIR. BÜ CÜR SƏVİYYƏSİZ NAZİRLƏRI HARADAN TAPIBSINIZ???
ÖZ KADR SİYASƏTİNIZLƏ BU DÖVLƏTƏ ELƏ AĞIR ZƏRBƏ VURMUSUNUZ Kİ, YARALARININ SAĞALMASI ÜÇÜN 10 İLLƏR LAZIM GƏLƏCƏK. ƏYRİ YOLLARLA VƏZİFƏLƏRƏ CƏSUSLAR YERLƏŞDİRİLİB. YALTAQLAR SÖZ SAHİBİNƏ ÇEVRİLİB. BU CÜR KADR SİYASƏTİ İLƏ MÜHARİBƏNİ AZ. TV -DƏ, DEPUTATXANADA UDMAQ OLAR.
Parlamentdə oturmusan xalqa deyirsən ki, profesional ordu yaranmalıdır. Yaradın da, xalq bəyəm sizin əlinizdən tutub qoymur?
Qisas əməlyatı qurtardı. Bu hakimiyyət torpaq alası deyil....Belə də gedəcək. Düşmən imkan düşən kimi hücum edib igid oğullarımızı öldürəcək. Bizə atmağa hücum etməyə icazə verilməyəcək.
Bunun intervusunu men hec oxumuram, zaten ceveng sheyler danishir...
Ne vaxt quracaqsiniz pesakar ordu.Men balaca uşaq idim ordu qururdunuz,Indi qoca kisiyem.Bə indiye kimi niye meslehet vermirdin.
Peşəkar ordu qurulub da.Sadəcə,onu rus casuslarından təmizləməliyik.Bir dəfə nazirlikdə bir rus polkovniki mənə dedi ki,biz sizin çoban uşaqlarından daha çox qorxuruq.Ancaq bizim hərbi məktəbləri bitirmiş sizin zabitlər isə adicə əsgərlərtimizdən belə qorxurlar.Odur ki,ordumuzu türk hərbi məktəblərin hazırladığı kadrlarla möhkəmlətməliyik.
MALADES,,,INDI AYILMISAN ,,MUXALIFET,,...