Menu

"Çimərliklərin açılmasına hazır deyilik"

20.07.2020, 17:54
"Çimərliklərin açılmasına hazır deyilik"

"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır. Mən 3 əsas riski deyə bilərəm. Birincisi çimərliklərdə məsafə saxlamaq çətindir. İkincisi insanlar orda su və yemək alırlar, bu da risk yaradır. Üçüncüsü çimərliklərə Bakının müxtəlif yerlərindən gəlirlər, bu da riskin bir rayondan başqa rayona ötürülməsi riski deməkdir. Amma bunu müəyyən şəkildə təşkil edə bilsək, vətəndaşlarımıza bir hədiyyə olar. Bu istiqamətdə də iş başlanılıb, yəgin ki avqustun 5-nə qədər çatdıra bilməyəcəyik, amma o tarixdən sonra əmin olsaq ki, bu qaydaları təhlükəsiz formada tətbiq edə bilərik, o halda nəzərə alacağıq".

Şərhlər

Murad 2020-07-21 01:25:51

Bes neye. Hszirdiiniz?

Adil 2020-07-20 22:53:20

Allahim yardimci ol bize )))

Yetim 2020-07-20 21:15:13

Bəs nəyə hazırsınız? Müharibə etməyə,torpağı almağa hazır deyilsiniz. İnsanlara maddi kömək etmirsiniz,işləməyə,çimərliyə rayona getməyə də icazə vemirsiniz. Bəs nəyə hazırsınız? Ancaq dubinkalamağa,başı tərpənəni içəri basmağa, əhalini talan etməyə axırıncı loxmasını da əlindən almağa hazırsınız. Artıq belə yaramaz,bu halda çox getmək mümkün olmayacaq.

Aydın 2020-07-20 18:56:19

Bütün dünyada çimərliklərə icazə verilir. Biz adətən nümunə Rusiyadan götürürük. Açın baxın, Krım,Soçi-də plyajlar basılıdır insanlarla. İnsanların talehini siyasi oyuna çevirmiyin. Kreslo davası üçün başqa metodlar var. Gedin puldan,vəzifədən ötrü bir-birinizi öldürün,məhv edin. Ancaq Allahın təbiətin bizə verdiyi azadlığımızı almayın.

Millət 2020-07-20 18:38:52

Təxminən 10 il qabaq nazirlərdən biri özünə İnperator sarayı tikirmiş. Bütün avadanlıqlar xaricdən gəlirmiş,ustalar da oradan məsələn Almaniyadan gəlib quraşdırıb gedirmişlər. 1 hektar olub 2 ya 5 bilmirəm bütün ərazi 1 metr dərinliyində qazılıb,daşınıb, yerinə meşələrdən torpaq gətirilib. Orada ancaq tək avtomatik suvarma sistemi, yaşıllıq yaradan müəssəyə iş haqqı deyilənlərə görə 1 milyon verilib. İndi görün orada nə tikilibdir? O kimi imişsə onun Azərbaycanın burada xaricdə necə milyardlıq var dövləti var. Hamısında elədir. Ya ondan aşağı ya da ondan yuxarı. Elə villalarda oturub kasıb təbəqəni talehini həll edən, sağlamlığına qəsd etmək qərarları verməyi nə adlandırmaq olar? Hansı ədalətdən,insanlıqdan danışmaq olar. Heç olmasa qızmar günlərdə kasıbların kəndinə rayonuna getməyə,ən əsas da dənizdə hava qəbul etməyə, çimməyə qum üstündə gəzmə, bir sözlə insan kimi ölməyə imkan verin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol