Karantin rejimində yumşalmalara gedəndən sonra yoluxma sayında yenidən artım olarsa, güman ki, təkrar sərtləşdirməyə getmək məcburiyyətində qalacağıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov bildirib ki, burada insanların davranışından çox şey asılıdır: “Biz elə etməliyik ki, karantin rejimini yenidən sərtləşdirmək məcburiyyətində qalmayaq. Buna görə də insanlar diqqətli olmalı, qaydalara riayət etməlidir. Hökumət də karantin istəmir. Hökumət istəyir ki, hər yer açıq olsun, insanlar işləsinlər, iqtisadiyyat inkişaf etsin. Ancaq biz hazırda karantin rejiminə getməyə məcburuq”.


Şərhlər
Tam meşoğa yığmısınız. Qalıb düyün vurub dənizə atmaq. Ancaq o meşok cırılsa yaxşı olmayacaq. Bu qədər əhalinin əsəbləri ilə oynamayın. Bizə yazığınız gələn deyil heç olmasa özünüzə yazığınız gəlsin
Əksinə, hökümət inkişaf etmiş ölkələrin təcrübəsinə baxmayaraq, karantin rejimini saxlayır. Necə olur ki, Bravoda və avtobusda heç kəs virusa yoluxmur, amma geyim dükanında yoluxur? Çox gülünc vəziyyətdə olan bir idarəetmə sistemimiz var. Varlılar, vəzifələr bağ evində, millət 4 divar arasında karantində.
Uzun müddətli sərtləşdirmə dünya təcrübəsində yoxdur.