Menu

Braziliyada iki nazir koronavirusa yoluxdu

21.07.2020, 00:04
Braziliyada iki nazir koronavirusa yoluxdu

Braziliyanın Təhsil naziri Milton Ribeyru və Mülki Hüquqlar naziri Oniks Lorençoni koronavirusa yoluxduqlarını bəyan ediblər.

Bu barədə “Report” RİA “Novosti”yə istinadla məlumat verir.

Qeyd olunub ki, hər iki nazirin COVID-19 üçün götürülən analiz nümunələri bu gün müsbət çıxıb.

62 yaşlı Milton Ribeyru keçən həftə nazir vəzifəsinə təyin edilib, Braziliya prezidenti Jair Bolsonaru ilə görüşdüyü üçün koronovirusla bağlı test verib. Onlar görüşdüyü zaman hələ Braziliya prezidentinin COVID-19-a yoluxduğu məlum deyildi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol