Menu

ERMƏNİSTANA MƏXSUS 2 PUA MƏHV EDİLDİ - Müdafiə Nazirliyindən açıqlama

21.07.2020, 10:07
ERMƏNİSTANA MƏXSUS 2 PUA MƏHV EDİLDİ - Müdafiə Nazirliyindən açıqlama

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Şərhlər

Vətəndaş 2020-07-21 11:05:12

Müharibəni başlamaq vaxtıdır. Məsəl var sən vurmasan səni vuracaqlar. Müharibə olmasa biz vətən müharibəsinə qalxıb düşmənləri yerində oturtmasaq onlar əl çəkən deyil. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol