İsveçdə yaşayan azərbaycanlılar paytaxt Stokholm şəhərində etiraz aksiyası keçiriblər. "Report" xəbər verir ki, tədbirdə Ermənistanın iyulun 12-dən başlayaraq Azərbaycanla sərhəddə, Tovuz rayonunda törətdiyi hərbi təxribatlar pislənilib.
Soydaşlarımız "Əsgər marşını" oxuyub, Azərbaycan və İsveç dillərində şüarlar səsləndiriblər.
Aksiya "Qarabağ şikəstəsi"nin ifası ilə başa çatıb.


Şərhlər