Menu

Yaponiya raketi Marsa yola düşüb - BƏƏ-yə məxsus zondla birlkdə

22.07.2020, 00:47
Yaponiya raketi Marsa yola düşüb - BƏƏ-yə məxsus zondla birlkdə

Yaponiyanın N-IIA daşıyıcı-raketi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus «Əl-Əməl» zondu ilə birlikdə Marsa start götürüb. Raketin buraxılışı Taneqasima adasında yerləşən kosmodromdan,yayımı isə «Tvitter»də birinici Hore Mars missyası tərəfindən həyata keçirilib.

Raketin atışı15 günlük gecikmədən sonra baş tutub. Gecikmə isə əlverişsiz hava şəraiti səbəbilə baş verib. Yaponiyada bir həftədən artıq leysan yağışlar yağıb və sürüşmə və subasmaya səbəb olub. Nəticədə, raketin startı iyulun 15-dən 20-nə keçirilib.

Ərəb mütəxəssislər tərəfindən işlənib-hazırlanmış və konstruksiya olunmuş zond Mars atmosferinin yuxarı qatlarını tədqiq edəcək və həm də iqlim dəyişikliyini izləyəcək.

Hesalamalara görə, o, Marsa 2021-ci ilin fevralında çatacaq. Bu tarixdə BƏƏ dövlətiyaranmasının 50 illiyini qeyd edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol