Menu

Lavrov Qod Nisanovu Azərbaycan diasporunun lideri kimi dəvət etdi

23.07.2020, 21:51
Lavrov Qod Nisanovu Azərbaycan diasporunun lideri kimi dəvət etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

Virtualaz.org bildirir ki, Lavrov “Kiyevskaya ploşad” şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.

Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.

Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb.

Maraqlıdır, Qod Nisanov nə vaxtdan Azərbaycan diasporunun lideri olub?

AzPolitika.info

Şərhlər

Obyektiv 2020-07-25 15:51:58

Son olaraq onu qeyd etmək istəyirəm ki, bütün dünyada tanınan peyğəmbərlər həzrəti İbrahimin nəslidir. Sonuncu peyğəmbər həzrəti Məhəmməd də İbrahimin nəslindəndir. haı-hazırda bütün yəhudilərin 20%i qədim yəhudilər, 80%i isə aşkenazilərdir. bu aşkenazilər də yəhudiliyi qəbul etmiş xəzər türkləridir. beləliklə, qədim və yeni yəhudilər bizim qardaşlarımızdır. Qod Nisanovun Azərbaycan diasporasının lideri olması qəbahət yox fəxrdir!

Obyektiv 2020-07-25 15:38:59

Redaktorun nəzərinə, xahiş edirəm fars şovinizmindən qaynaqlanan şərhləri verməyin. Çünki, yəhudilər də bizim kimi azərbaycanlılardır. Bu haqda qısa tarixi arayış verim. Yəhudilər öz qədim tarixi kitablarında yazılıb ki, onlar təqribən 4100 il əvvəl şumerin cənubundakı Ur şəhərinə şərqdən köçüb gəliblər. Şərq deyəndə indiki İran ərazisi nəzərdə tutulur. O dövrdə bu ərazidə Manna və yaxud Mahan dövləti mövcud idi. Mahan dövləti şimalda Qafqazla cənubda Fars körfəzinə qədər şərqdə Hindistana qədər qərbdə isə Aralıq dənizinə qədər uzanırdı. Bu, ilk qədim Azərbaycan dövləti idi. O zaman burada fars dillilər yox idi. İbrahim peyğəmbər Ur şəhərinə gələnlərin 3-cü nəslidir, yəni nəvədir. Atasının adı Azərdir. Amma xristian kitablarında Farra adlanır. Çünki Azər ay tanrısına inandığı üçün yerli Akkad dildə Farra adlanan ay adını götürüb. Təqribən 4000 il əvvəl şumer Babilistanda Xammurapi padişah oldu. Xammurapinin ilk tələbi bu oldu ki, Şumerdə yaşayan bütün tayfalar onlara sitayiş etməlidir. Tabe olmayanlar ölkəni

AZER 2020-07-24 15:56:13

Qod Nisanov elə bir kişilik etdi ki, bütün Azərbaycanın fəxrinə çevrildi, o Rusiyada bizi təmsil efən mərd Azərbaycan oğlufur,halal olsun ona.

Muəllifə 2020-07-24 09:52:49

Maraqlıdır, Qod Nisanov nə vaxtdan Azərbaycan diasporunun lideri olub? Necə olurki,ermenileri qovanda Azərbaycanlıdı..başqa vaxtı yox?! lap esil Azerbaycanlı ..diasporanında sədrliyinə ən layiqli namizəddi

Muəllifə 2020-07-24 09:50:46

Maraqlıdır, Qod Nisanov nə vaxtdan Azərbaycan diasporunun lideri olub?

vuqar 2020-07-23 22:26:50

Saymamazl|q demezd|m b|cl|kler| desek daha d0gru 0lar mence !Rus|yada rus hec zaman bele hallara b|rde raz| 0lmaz!

Xalq 2020-07-23 21:57:20

Bu vovanın Azərbaycana qarşı saymamazlığını açıq şəkildə nümayiş etdirməsidir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol