Menu

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

23.07.2020, 22:41
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 782-yə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol