Menu

"Hamımız hücuma məruz qalacağıq..." - Adil Əliyev

24.07.2020, 00:58
"Hamımız hücuma məruz qalacağıq..." - Adil Əliyev

"Ölkəmizə qarşı baş verən erməni təxribatına səssiz qalmayan və dünyanın müxtəlif ölkələrində bu təcavüzə diqqət çəkən həmvətənlərimizlə fəxr etməmək mümkün deyil".

"AzPolitika"nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. Deputat Brüsseldə, Los Ancelesdə erməni vandalları tərəfindən həmyerlilərimizin məruz qaldığı hücumlardan bəhs edib:

"Artıq bütün dünya görür ki, Ermənistan dövləti şovinizmi dövlət siyasəti səviyyəsində aparır. Habelə baş verənlərə görə həm ABŞ-da, həm də Belçikada hadisələri törədən ermənilər saxlanılmış, onların törətdikləri cinayətlərə görə ədalətli cəza alacaqlarına güman edirəm. Xəsarət alan həmvətənlərimizə Allahdan şəfa diləyirəm".

Vitse-spiker bildirib ki, Azərbaycanı inkişaf etmiş, güclü dövlət kimi görmək istəməyən dövlətlər var:

"Bu, keçmişdə də olub, gələcəkdə də olacaq. Ancaq mən sapı özümüzdən olan baltaların, öz Dövlətinə, millətinə qarşı düşmənçiliyini başa düşmürəm. Bu satqın, başıboş vətəndaşlarımız düşmən dəyirmanına su tökdükcə, öz Dövlətinə, millətinə, ölkəsinə qarşı kampaniya apardıqca, biz belə təklənib, hücumlara məruz qalacağıq. Satqınlara, söyüş söyənlərə AR OLSUN".

Şərhlər

Nəzakət 2020-07-24 14:38:00

Adil Əliyev qeyrətli insandır. İllər öncə Adil bəyin qardaşı möhtərəm Məhərrəm müəllimin qəbulunda olmuşuq. O insanın nə qədər vicdanlı, obyektiv, mədəni bir insan olduğunu hörmətlə xatırlayıram. Allah qorusun!

suçu 2020-07-24 11:47:45

Zərdabın küdrü düzündə ən bərəkətli torpaqları İdman naziri Azad Rəhimov 3500 hektar, keçmiş AzTV Alışanov 3500 hektar və birisi də 4500 hektar zəbt edib.Onların bu torpaqlarının suvarılmasının təmin edilməsi üçün Dövlət 2 miyard 500 milyon pul ayırdı və böyük suvarma sistemi quruldu.Amma bu suvarma sistemi ancaq onlar istifadə edir.Zərdablı 4 ildir ondan bir daşcı da götürə bilməz, məhv edərlər.İndi Kürdə su azalıb olanını da bu sistemin matoru çəkib aparır.Əhaliyə isə su qalmır.

Sahib 2020-07-24 10:43:31

Avropada milyonluq maşında gəzən gəlib barakda yaşayan qaçqınla mitinqə gedəndir?

Vətəndaş 2020-07-24 10:09:56

Yad ölkələrdə də erməni ilə vuruşan elə kasıb uşaqlarıdır. Heç bir nazir oğlu orada yoxdur. Yenə də Mirzə Sakitlərin oğullarıdır canını qoyanlar.

Azəri 2020-07-24 10:07:28

Söyüşü normal insan söyməz. Orada 5 uzağı 10 nəfər belə yaramaz var. Ancaq minlərlə, 10 minlərlə insanları satqın,xain adlandırmaq olmaz. Heç kim kefindən vətənini tərk etməyib,məcbur olub gediblər. Acından Söyülü döyülüb yatıblar. Əks fikirli bütün insanları xain satqın adlandırmaq düzgün anlayış deyil. Başqalarına da imkan vermək lazımdır işləsin,dolansın,iş görə bilsin,deputat seçilə bilsin. Ayrı-seçkiliyi siz yaratmısınız. Yad adamı öz çirkin talançı cəmiyyətinizə buraxmırsınız. Pul,biznes,vəzifə iş ancaq sizin üçündür. Əsl vətən xainləri ölkəni,xalqı talayan məmurlardır ki, burada da nə varsa onlar zəbt ediblər, yüz milyonlar,milyardlar da xaricə pul atıblar, orada biznesləri əmlakları. Çexiya,Anqliya,ABŞ, bütün dünyada. Belə ədalətsizliklərin,ayrı-seçkiliklərin nəticəsidir ki, millət parçalanır. Erməni gəlib torpağı alıb, 27 ildir 1 metr torpaq azad edilməyib,millətin içində düşmən axtarır,formalaşdırırsınız.

Babakişi Dinməzov 2020-07-24 08:56:41

Hüquqsuz siyasətimiz minlərlə Qarabağ baltalısını əzib, bircə daşnaq terrorçusunu isə mühakimə etməyib və etmir?

Ugur 2020-07-24 06:57:44

İndiki zamanda yox ele hemise bir olmaq lazimdir VETEN ucunun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol