Menu

“Azərbaycanla qardaşlığımızı heç nə hədələmir” - Gürcüstanın Baş naziri silah qalmaqalından danışdı

24.07.2020, 18:07
“Azərbaycanla qardaşlığımızı heç nə hədələmir” - Gürcüstanın Baş naziri silah qalmaqalından danışdı

Gürcüstanın Baş naziri Giorgi Qaxarya Serbiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşınması xəbərlərinə münasibət bildirib. 

Qeyd edək ki, bu haqda Azərbaycan mediasında yazandan sonra diplomatik qalmaqal yaşanıb. Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı deyilənləri ciddi araşdırdığını bildirib.

“Azərbaycan Gürcüstan arasında strateji tərəfdaşlıq və ən əsası, qardaşlığı heç nə təhdid etmir. Yüksək keyfiyyətli münasibətlərdə nəsə çıxması mümkün deyil”, – Zaxarya iyulun 24-də bir qrup jurnalistlə deyib.

İyulun 21-də “haqqin.az” saytı Serbiyadan Rusiya, Gürcüstan ərazisilə Ermənistana getdiyi iddia olunan hərbi maşınların fotolarını yayıb.

“Bu fotonu görümüsünüzmü? Bu, heç bir silah olmayan adi yük maşınıdır”, – Qaxariya vurğulayıb. “Gürcüstanla Azərbaycan arasında anlaşılmazlıq yoxdur, bizim strateji tərəfdaşlıq və qardaşlığımızı heç nə hədələmir. Üstəlik, Gürcüstanın tranzit siyasəti regionda sabitliyin saxlanmasına xidmət edir”, – baş nazir deyib.

Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze isə qeyd edib ki, ölkələr bəzi media orqanlarının yaydığı əsassız informasiyaya şərh verə, narahatlıq ifadə edə bilməz. “Bu cür məlumatlar bizim tərəfdaşlığa kölgə sala bilməz... Bu informasiya real dəlilə əsaslanmır”, – o qeyd edib.

Birləşmiş Ştatların Gürcüstandakı səfiri Kelli C. Degnan isə Ermənistan-Azərbaycan sərhədində ötən həftəki toqquşmalardan narahatlıq bildirib, tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırıb.

Son günlər yaşanan qalmaqalla bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov isə iyulun 23-də deyib ki, “Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".

X.Xələfov qeyd edib ki, Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. "Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyət daşıma mövqeyindən azad edilmir", - nazir müavini vurğulayıb.

Şərhlər

Xalq 2020-07-24 20:44:59

bəlkə yükü boşaldıb çəkiblər?

Ədalət 2020-07-24 18:45:07

Bəs onda bu silah kimin ərazisində n keçib ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol