“REANİMASİYA TAM DOLUDUR, XƏSTƏLƏRİN HAMISI AĞIR...” - Həkim həyəcan təbili çalır

“Əvvəla onu deyim ki, mən belə gözləmirdim, bu qədər çox ağır xəstə olacağını təsəvvür etmirdim. Reanimasiya tam dolu vəziyyətdə, xəstənin sayı-hesabı yoxdur. Hamısı da çox ağır vəziyyətdədir. Reanimasiyada orta ağırlıqda xəstə görmədim. Həkimlər və tibb bacıları özünü təhlükəyə atmağa məcburdurlar. Başqa yol yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunları koronavirusa qarşı ixtisaslaşmış xəstəxanaların birində yeni işə başlayan həkim Şahin Məmmədov “feysbuk”da yazıb.

Xəstəxanadakı durumu təsvir edən həkim qeyd edir ki, xəstələri tez-tez pron vəziyyətə keçirirlər, əksəriyyəti artıq çəkili, ödemlidir: “İntubasiya edirik, aparatı xəstəyə uyğunlaşdırırıq, trupka tez-tez "otsoslanır", yaxud dəyişdirilir, CPAP-da olan xəstələrin maskaları bərkidilir, xəstənin üzünə uygunlaşdırılır, arterial qan qazlarını götürür, mərkəzi venoz təzyiqi ölcür, kateterləri, zondları, mərkəzi vena kateterizasiyasını birləşdiririk və s. Bu cür ağır fiziki işdən başqa hər xəstənin su, duz, turşu qələvi müvazinətini, qidalanmasını, əlavə xəstəliklərin yaratdığı problemləri tənzimləməyə calışırıq. Yəni fiziki yorğunluğa baxmayaraq beyin işlətməliyik. Hələ özümüzü qorumağa da çalışmalıyıq, hansı ki, açıq desəm, bu, mümkünsüz görünür”.

Ş.Məmmədov hesab edir ki, işin daha keyfiyyətli olması üçün TƏBİB həkim və tibb bacılarının iş saatını 8 saatdan 4 saata endirməlidir. Bunun üçün çoxsaylı reanimatoloq və reanimasion tibb bacısı lazımdır. Qurum onların prosesə könüllü qoşulmasına hansısa formada nail olmalıdır. Həkim onu da vurğulayıb ki, xaricdən gələn həmkarlarının öz həyatlarını təhlükəyə atıb xəstələrə can yandırmasına inanmır. 

Sonda Şahin Məmmədov vətəndaşlara müraciət edərək, özlərini qorumağa çağırıb: “Sizin bura xəstə kimi düşməməyiniz üçün hələ də şansınız var. Özünüzü qoruyun. Elə belə demirəm bu sözü, ciddi qoruyun. Maskadan başqa hətta üz sipəri, əlcək geyinin. Bura duşsəniz ciddi yanaşmadığınız üçün dəqiq peşman olacaqsız, amma gec olacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Sahib 2020-07-26 11:34:13

Knkret hansi xestexanadi? Bosh bosh yazirlar. Unvan! Menbe! Besdirin dezinformasiya verdiniz.

Eko 2020-07-26 07:24:24

Xeyir sôylemeze dediler , qedirsen bir yaxshi sôz de, dedi belke getdim gelmedim (((((

Namaz 2020-07-25 19:36:45

Milləti öz siyasi oyunlarına görə yenə də türmədə saxlama fikrindədirlər bu harınlamışlar....

t.ədalət 2020-07-25 15:22:49

İndi çıxış üçün növbə Şahmar Mövsümovundur.Güman ki avqust ayını da sərtləşmiş rejimə keçirmək istəyirlər.Həmişə belə olur.Əvvəl hansısa bir həkim "haray" qoparır.Ardınca karantinin müddətini artırmaq üçün söz Ş.Mövsümova verilir..

Son yazılar