“Bu fakt Azərbaycanı ciddi narahat etməlidir ki, İslam Konfransı Təşkilatına üzv olan bir ölkə ərazilərimizi işğal edən dövlətə silah satır. Biz hansısa ölkəyə başqaları ilə münasibətlər qurmağı qadağan etmək iddiasında deyilik. Amma dost dövlətlərə Xarici İşlər Nazirliyinin xətti ilə, ola bilsin qeyri-rəsmi kanallarla müraciətimiz olmalıdır ki, Ermənistana silah satan ölkələrlə münasibətlərə yenidən baxılacaq”.
Bu fikirləri “AzPolitika.info”-ya açıqlamasında politoloq Elxan Şahinoğlu İordaniya Krallığının Ermənistana silah satması faktını şərh edərkən bildirib.
Qeyd edək ki, yerli mətbuatda adıçəkilən ölkələr arasında hərbi əməkdaşlığı təsdiq edən araşdırma dərc olunub. Bildirilir ki İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş spektri, o cümlədən İrəvana silahların və döyüş sursatlarının, xüsusən də İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) təchizatını əhatə edir. Rusiyadan sonra İordaniya 2013-cü ildən başlayaraq bu qumbaraatanları istehsal edən ikinci ölkədir və həmin silahı Əmmanda “Naşşab” rəsmi adı ilə buraxırlar. Hazırda İordaniya həmin qumbaratanları xarici bazarlara, xüsusən də Ermənistana satır.
Elxan Şahinoğlu hesab edir ki, Bakı Serbiyaya qarşı olduğu kimi düşmən ölkə ilə hərbi əməkdaşlıq edən ölkələrlə münasibətlərə yenidən baxmalıdır.
“AzPolitika.info”


Şərhlər
Tamamilə düzgün fikirdir. Aprel döyüşlərindən sonra İsrail və Ermənistan arasında siyasi qalmaqal yaşandı. Niyə Serbiya və İordaniyaya biz lazımi siyasi təpki göstərə bilmirik? Onların nəyindən və kimindən qorxuruq? Yəqin təzə XİN bunu nəzərə alar.
BUTUN BUNLARIN GUNAHKARI A X C P DI..
dəstəkləyirik!
DÜŞMƏNİMİZİN DOSTU, BİZİM DÜŞMƏNİMİZDİR, DOSTUMUZ OLA BİLMƏZ.. HƏR ŞEYİ ÖZ ADI İLƏ DEMƏK LAZIMDIR. ÖZÜNÜ TƏCRİD ETMİŞ ERMƏNİLƏRƏ HƏRTƏRƏFLİ YARDIM EDƏN RUSİYA VƏ İRAN ƏN AZINDAN BİZƏ DOST OLA BİLMƏZLƏR. SON DÖYÜŞLƏRDƏ ÖZ HƏRƏKƏTLƏRI İLƏ BUNU SÜBUT ETDILƏR.