TƏHSİL VƏ ELM NAZİRLİYİ YARADILACAQMI? – Millət vəkili təklif edir

Etibar ƏLİYEV, 

Milli Məclisin üzvü, təhsil eksperti

Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır.

Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.

Böyük ispan filosofi Xose Orteqa-i-Qasset “Universitetin missiyası” kitabında yazır: “Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamamlıdır.”

Göründüyü kimi, elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrinə fayda gətirmişdir.

Almaniyada təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal nazirliyi.

Rusiyada: Elm və ali təhsil nazirliyi;

Qazaxstanda: Təhsil və elm nazirliyi;

Ukraynada: Təhsil və elm nazirliyi;

Moldovada: Təhsil, mədəniyyət və tədqiqatlar nazirliyi;

Gürcüstanda: Təhsil və elm nazirliyi;

Latviyada: Təhsil və elm nazirliyi;

Azərbaycanda: Təhsil nazirliyi.

Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar, əlbəttə ki, uşaqlarda elmi bacarıqların inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər uşaqları olimpiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.

2018- ci ildə Kimya üzrə Beynəlxalq Olimpiadada qızıl medal qazanmış Ruslan Kotlyarovun istəyi: “İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək olimpiada qalibi müəllimlərinin elmi hazırlığına daha çox üstünlük verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: “Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 

1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 

2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak”.

Dünyada tədqiqat universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat - professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.

Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.

Ölkə başçısının sərəncamı ilə Təhsil Nazirliyinin nəzdində “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin yaradılması olduqca mühüm hadisədir. Bu qurum təhsil müəssisələrinin dürüst akkreditasiyasının aparılmasında tezliklə öz sözünü deməlidir. Keyfiyyətli təhsil keyfiyyətli tədqiqatın açarı olmalıdır.

Elm və Təhsil Nazirliyi yaradılarsa, Ali Attestasiya Komissiyasının da bu qurumun nəzdində İdarə, yaxud Agentlik formasında fəaliyyət göstərməsi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər.

Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür. Bütün bunlar ölkədə “Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir.

P.S. Azərbaycan Milli Elmlər Akademiyasının taleyinə gəldikdə isə, yuxarıda misal çəkdiyim ölkələrin təcrübəsi bizim üçün önəmli ola bilər.

635x100

Şərhlər

Şaiq 2020-07-27 13:08:47

Nazirliyin adında elm sözü olanda, gərək ki, elmli, savadlı kadrlar yetişdirə. Bu, kimə lazımdır? Dövlətin pulunu göyə sovurub bir qəpiklık xeyir verməyən Akademiklər ordusu nəyə lazımdır? Akademiklərindən bir xeyir görməyən cəmiyyətdə nazirliyin adının nə olmasından asılı olmayaraq fərli kadr yetişdirmək mümkün deyil. "Yaxşı " işdə işləməyin yolunu əksəriyyət qəbul edib, bu, yaltaqlanmaq və yaltaqla qohum olmaqdır. Vay bizlərin halına, ...........!!!

Mamed 2020-07-27 08:46:26

AMEA akademik,müxbir üzv və digər elmi də

Ziyalı 2. 2020-07-26 20:15:38

Yox, əgər Ramiz Mehdiyevin səlahiyyətsizləşdirilməsi üçün təklif verirsinizsə söz oyununa nə hacət?

Ziyalı 2020-07-26 20:14:17

Ay hörmətli duputat, elm məsələlərində Moldovadan, Kazaxıstandan örnək gətirmək lazım deyil ey, elmi inkişaf etmiş ABŞ-da, Yaponiyada necədir, onlardan misal gətir.

Ziyalı 2020-07-26 20:14:16

Ay hörmətli duputat, elm məsələlərində Moldovadan, Kazaxıstandan örnək gətirmək lazım deyil ey, elmi inkişaf etmiş ABŞ-da, Yaponiyada necədir, onlardan misal gətir.

Adil 2020-07-26 19:04:23

Təhsil və elm məktəbdən, onu öyrədən müəllimdən başlayır. Azərbaycan müəllimini xüsusən son 15 ildə vəziyyətə salıblar ki,

alim 2020-07-26 18:57:04

Etibar müəllim yəqin ki həmin nazirlikdə ya nazir, ya da nazir müavini olmaq istəyir.

Eli 2020-07-26 16:27:46

Ve yaxud dünya elmi başda rehmetlik Lütfizade olmaqla professor Rafiq Eliyevi qebul edir ve özune varis elan edir bizim elm alemi onu qebjl etmir.Ancaq Azerbaycan elmine heç bir tövhe ver bilmeyenler yuxarı bsşda otururlar .Mence enböyük hörmet birinci növbede müellime ve alime olmalıdır. Yoxsa heç bir inkişafdan söhbet gede bilmez

Eli 2020-07-26 16:09:04

Sehv etmiremse Amerkada müdafie xerclerine ayrılan vesait Rusiyada bu medsed üçün ayrılan vesaitden 12 defe çoxdur .Elme ayrılan vesait ise 50 -60 milyard midafie xerclerinden çoxdur Bizde isr idmana şille şapalaq vurznlara ayrılan besait elme ayrılandan çoxdur .Ve yaxud bşz jurnalistlere evleri bulvarda tikirik alimlere Sumqayıtın yanında Saray kendinde bunun menevi terefin fikirleşende adsm deli olur

Eli 2020-07-26 15:55:39

O emek haqqı ki alimlere ve müellimlere verilir onunla inkişaf heç vaxt olmaz.Mence müellimin maaşı prokurorun da polisinde icra başçısının da emek haqqından çox olmalıdır.Meselen Almaniya ve İngilterede olduğu kimi.

Eli 2020-07-26 15:51:09

Tehsile iqtisadçılar hüquqşünaslar elme de esas sahelere filioloq felsefe sahesinin mütexessisleri rehberlik ederse heç neden söhbet gede bilmez Bizde bu sahelerde sözün heqiqi menasında yenidenqurma getmelidir .82 yaşlı bir insanda ne enerji ne heves me de hövsele olar ki elimi özü de deqiq elmler sahesini esasen inkişaf etdirsin .Diger terefden de bu sahenin normal inkişafına normal da vesait lazımdır .O

nihad 2020-07-26 13:53:49

əslində Elmlər Akademiyası siz dediyiniz vəzifələri icra etməlidir,amma heyf ki,orada elmdən başqa hər şey var,zənnimcə ölkənin bu qədər vəsaitini havaya sovurmagın qarşısı alınmalıdır,təsəvvür edin ki,Akademiyanın bir aylıq işıq puluna bir orta məktəbin aylıq xərcini maaş qarışıq artıqlaması ilə ödəmək olur.

Çingiz 2020-07-26 12:22:02

Xode Orteqa bu sözləri Azərbayca üçün deməyib.O normal ölkələri nzərdə tutub. Yerlibazlıq, regionçuluq, qohumbazlıq. kirvıbazlıq,rüşvət,korrupsiya olan ölkələrdən Orteqanın xəbəri olmayıb.

Ehsan-a 2020-07-26 12:19:03

Yanlışınız vardır.İndiki təhsil və elm səviyyəsini 1970-1980-cı illərlə müqayisə etməyiniz yanlışdır.O zaman Mirzəcanzadə,Şıxbala Əliyev,,Xudu Məmmədov və digərləri kimi dünya çapında tanınmış.tədqiqatları qəbul və istifadə edilən alimlər var idi.İndi kimlərlə fəxr edə bilərik? Yalan,tarixi saxtalaşdıran tarixçilərlə,təsadüfən bir məqaləsi hardasa çap olunan alimciyəzlərlə?Bir az dürüst və məlumatlı olmaq vacibdir.Çünki AZərbaycanda təhsil də,elm də tənəzzüldədir.Çünki yuxarıdakıları rüşvət,korrpsiya düşündürür.Tsi

Ehsan. 2020-07-26 11:36:58

Təhsili və elmi məhv etdilər Bundan sonra bunun adını nə qoyursan qoy cətin ki bu düzələ biz indi başlasaq bu sahəni keçən əsrin 70-80-ci illəri səviyyəsinə çatdırmağa bizə ən azından 60-70 il vaxt lazömdır

Vətəndaş 2020-07-26 11:36:33

Toplayanların yerini dəyişəndə cəm dəyişmir. Mənasız sözlərlə baş qarışdırmaq lazım deyil ?.

Amil 2020-07-26 10:54:41

Bəlkə də Təhsil və Elm Nazirliyi yaradacaydılar, Amma təklif edəndən sonra bunu etməyəcəklər.Xasiyyətləri belədi....

Son yazılar