Menu

Nazir həbs olunan müdirin yerinə onu təyin edib

26.04.2024, 21:06
Nazir həbs olunan müdirin yerinə onu təyin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.

"Qaynarinfo"-nun məlumatına görə, nazir Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə İlham Aqil oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev 32.5, 308.2, 32.5, 311.3.3-cü maddəsi ilə (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) etdiyinə görə həbs edilib.

Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının müdiri Fazil Elman oğlu Əkbərov vəzifəsindən azad edilərək həmin filialda müdirin müavini təyin edilib. Qarabağ regional filialının müdiri vəzifəsinə Elnur Əhəd oğlu Həsənov gətirilib.

Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının müdiri Anar İsmayıl oğlu Hüseynov vəzifəsindən azad edilib. Onun yerinə Həzrət Babaverdi oğlu Orucov gətirilib.

Qeyd edək ki, təyinatlar ayrı-ayrı vaxtlarda edilib. 

Şərhlər

dadaşyev 2024-04-27 12:56:26

Regional filialın müdiri külli miqdar dövlət əmlakını yeyib,bununsa xəbəri olmayıb,nağarsın.Sadəcə,pis odur ki,əgər onun pensionerlərə,sosial yardıma ehtiyacı olanlara qıyılmayıb verilməyən dövlət malını külli-miqdar yeməyindən xəbəri olmayıbsa digər regional müdirlərin hal-kazırda nə qədər yediyindən də xəbəri yoxdur elə isə.Onlar da ilişəndə deyəcək ki xəbərim olmayıb?Xəbərin olmursa demək idarəetməndə zəiflik var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol