Menu

Xəzər dənizinin suyundan istifadə ediləcək

27.07.2020, 17:17
Xəzər dənizinin suyundan istifadə ediləcək

Azərbaycanda Alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilməlidir.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənəddə deyilir ki, bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, ““Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları bu ilin avqust–oktyabr aylarında yerinə yetirməli olacaq.

Şərhlər

Özgür 2020-07-27 18:35:38

Bakı kəndlərində üzə çıxan qrunt sularını təmizləyib suvarma üçün istifadə etmək olar.

t.ədalət 2020-07-27 17:36:03

Hüquqşünas kənd təsərrüfatı naziri olanda su da qıtlaşar,məhsul da azalar.Ölkəmizdə su qıtlığı həmişə olub.Sovetlər dönəmində bu problemi həll etmək üçün bütün kəndlərdə kiçiok dəryaçalar-istillər yaratmışdılar.Qışda su ilə dolan bu dəryaçalar yayda suvarma üçün gen-bol bəs olurdu.Azərbaycan müstəqillik yoluna qədəm qoyan kimi təcxrübəsiz vəzifə dəllalları o dəryaçaları dağıdıb ərazilərini satdılar.Biz yenidən həmin dətyaçaları yaratmaqla su problemini asanca dəf edə bilərik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol