İranda Ermənistanın Azərbaycana hücumlarına etiraz edən azı 15 azərbaycanlı həbs olunub. Onlara polis tərəfindən işgəncə verildiyi bildirilir.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Türker Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüzə etiraz ifadə etmək üçün azərbaycanlı fəallar Tehrandakı Ermənistan səfirliyinin qarşısında toplaşıblar. Habelə fəallar Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında və Urmiyədəki Atayi küçəsində dinc aksiya təşkil ediblər. Lakin polis və İnqilab Keşikçiləri Korpusu etirazçılara sərt müdaxilə edib.
Təbrizdəki aksiyada iştirak edənlərdən 5-i həbs olunaraq həbsxanaya salınıb. Urmiyədə də bir neçə fəalın həbs edildiyi bildirilir. Həmit Cabbari adlı aksiya iştirakçısı isə yoxa çıxıb, onun haraya aparıldığı məlum deyil.
“İran hər il ermənilərə saxta soyqırımı anmaq üçün Tehran və daha bir neçə şəhərdə aksiya keçirməyə icazə verir. Onları qorumaq üçün polis ayırır. Ancaq Ermənistan Azərbaycan torpaqlarına hücum edəndə İran rejimi Ermənistana etraz edən azərbaycanlı fəalları həbs edir və onlara işgəncə verir”, - Elyar Türker deyib.
O bildirib ki, son aksiyalarda İran polisi 20-dən çox azərbaycanlını həbs edib və onlara işgəncə verib. “Necə olur ki, özünü müsəlman ölkəsi sayan İranda polis ermənilərin təhlükəsizliyini təmin edir, amma müsəlman Azərbaycana dəstək verən gəncləri həbs edir?”, - Türker sual edib.


Şərhlər
Ey molla rejimi vaxtınıza az qalıb.
Ne qeder ki Cenublu qardaşlarımız bu şovnist dövlet idare edenlerden gedir ki 40 millionluq bir milletin diline tarixine medeniyyetine xor baxır saymır onlardan ayrılıb müsteqil olmayıb bı belede davam edecek bizim düşmen tek ermeni rus deyil en böyük düşmen İranı idare edenlerdir eger bunu ede nilirlerse ....
Dünyada gedəb proseslərdən istifadə edib QArdaşlarımız da faşist fars imperiyasından İnşallah azad olarlar.
İransevdalılar, oxuyun, agah olun! Allah böyükdür, inşAllah yatmış vicdanlar oyanar, 2 əsrdir Azərbaycan torpaqlarını hərraca çıxaranları tanıyarsınız
Bes bizde necedi veziyyet ? hiyyy
xalqa işgəncə verənmollalar qanlarını yoxlatsalar onların qanı ilə erməni qanı eyni çıxar, çünki karapetlə onların qanı eynidir.