Menu

“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi” - İbrahim Kalın

28.07.2020, 14:31
“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi” - İbrahim Kalın

“Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib.

“Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”, - deyə İ. Kalın vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Şərhlər

Xalq 2020-07-28 17:22:55

Şaiq bəyin fikri ilə nöqtəsinə, vergülünə kimi razıyam. Yaşasın qardaş TÜRKİYƏ CÜMHURİYYƏTİNİN CÜMHURBAŞQANI SAYIN RƏCƏB ƏRDOĞAN!

Memmedali 2020-07-28 16:10:26

Eşq olsun TÜRKİYƏ Ordusuna,

Eko 2020-07-28 15:58:48

Bizimkiler rusdan el cekmez !!!

Şaiq 2020-07-28 15:39:10

Artıq Putin bilir ki, onun fikrini soruşmadan Azərbaycana ordu yeridən, Qarabağa ordu yeridəndə də onunla hesablaşmayacaq. Rus imperiyası Azərbaycandakı məğlubiyyətinin acısını yaşayır. Biz, rus imperiyasının caynağından bırdəfəlık qurtardıq. Eşq olsun Türkiyə Cümhuriyyətinə, Eşq olsun TÜRKİYƏ Ordusuna, Eşq olsun TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ SAYIN RƏCƏB ƏRDOĞANA.

müəllim 2020-07-28 14:38:53

Allahım türkü qoru Amin Amin İlahi Amin Əziz türk xalqı Sizə layiq olmaq üçün sizin kimi olmalıyıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol