“GÖRƏK, ƏMRULLAYEVƏ İŞLƏMƏYƏ İMKAN VERƏCƏKLƏRMİ?...” – “Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi”

Prezident İlham Əliyev yeni təhsil naziri təyin edib. Bu, 38 yaşlı Emin Əmrullayevdir. Dövlət başçısı onu qəbul edərkən bu təyinatı gənclərə göstərilən etimadın növbəti təzahürü kimi dəyərləndirib.

Keçmiş təhsil naziri Firudin Cəlilov "Azadlıq" radiosuna deyirb ki, "38 yaş gənc deyil, elə əsl vaxtıdır". O, yeni naziri tanımadığını, buna görə də onun fəaliyyəti ilə bağlı şərh verə bilməyəcəyini söyləyir və "bir az işləsin, görək, onda bir söz demək olar", - deyə əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bu təyinatla Azərbaycanda yeni bir təhsil naziri imicinin formalaşacağını bildirib və E.Əmrullayevin vəzifə hərisi olmadığını qeyd edir, onu səmimi, işgüzar, yenilikçi biri kimi təqdim edir: "Təhsil sahəsində 6 illik fəaliyyəti dövründə kifayət qədər fərqli yanaşmalar ortaya qoyub. Bu gün Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə etdiyi medallar birbaşa onun bu sahədəki fəaliyyətinin nəticəsidir. Təhsildə keyfiyyətin artırılması, liseylərə qəbul kimi məsələlərdə müsbət işlərini görmüşük. 6 ildə Təhsil Nazirliyinin aparatında korrupsiya faktı sıfıra enmişdi. Düzdür, bölgələrdəki məktəblərdə bu tipli xoşagəlməz hadisələr olsa da, nazirlik buna qarşı açıq mübarizə aparırdı".

K.Əsədovun yeni nazirdən gözləntisi az deyil: müəllimlərin sosial rifahı yaxşılaşdırılmalı, onlara bəzi güzəştlər edilməli, vətəndaşların müraciətləri tez və qaneedici cavablandırılmalıdır. Eyni zamanda, o, yeni naziri əvvəlki həmkarları kimi yalnız məktəb açılışlarında görmək istəmədiyini, təhsil müəssisələrinə qəfil gedərək problemləri yerində araşdırmasının vacibliyini də vurğulayır.

Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu E.Əmrullayevi yaxından tanımasa da, onun işində pozitiv məqamlar gördüyünü qeyd edir: "Ümumi fikrim budur ki, yeni təyinat təhsildə Mikayıl Cabbarov tərəfindən başlanan xəttin davamıdır. Mikayıl Cabbarovu kimin necə tənqid etməsindən asılı olmayaraq, təhsilə yeniliklər gətirmişdi. Həmin yeniliklərin davamı gözlənilə bilər. Əmrullayev görüşlərdə mənə yaxşı təhsil bağışlayıb, ünsiyyətcildir, onu ədalətli görmüşəm".

N.Qulamoğlunun fikrincə, Azərbaycanda nazir problemi yoxdur, təhsilin ictimai-siyasi komponenti, sistem problemi var. Ona görə də yeni nazirdən gözləntilərini dilə gətirməzdən öncə sual edir: "Görək, Əmrullayevə işləməyə nə dərəcədə imkan veriləcək? Məsələn, Ceyhun Bayramova işləməyə qəti imkan verilmədi. Onun fəaliyyətini görmədim. Ümid sonda ölür. Ümid edək ki, Emin Əmrullayevə imkan versələr, təhsildə yaxşı işlər görə biləcək".

“AzPolitika”

635x100

Şərhlər

Aborigen 2020-07-29 13:01:15

Ay məqalə sahibi, ay təhsil ekspertləri, ay şərh yazanlar, ay vətəndaşlar, ALLAH eşqinə məni başa salın görüm Universitetin bakalavr səviyyəsini qırmızı diplomla bitirib müəllimlik hüququ almış şəxs nəyə görə müəllim işləmək üçün yenidən imtahan verməlidir? Yalvarıram, mənə yazığınız gəlsin, sualımı cavabsız qoymayın.

Aborigen 2020-07-29 12:51:32

Azərbaycanda elmin və təhsilin öz axarına düşməsi üçün birinci növbədə bizim elm və təhsil haqqında düşüncəmiz dəyişilməlidir.'

aslan kənan 2020-07-29 10:15:43

Necə imkan verməyyiblər ki, getdi ölkənin müqəddaratını həll edən nazir oldu. Belə çıxır ki, kimə "imkan verməsələr" o gedib daha böyük vəzifə sahibi olacaq.

Adil 2020-07-29 07:44:07

Rûshvet aradan qôtûrûlmese ((((( .... Hec bir nazirlik , dû zel me ye cek !!! Bunu hamimiz bilirik. !

Ali 2020-07-29 00:38:34

Həm keşmişdƏ, məslən çar dövründə Rusiyada, həm Sovet dövründə, həm də indi dünyanın aparıcı ölkələrində səmərəli idarəçiliyin əsas şərtlərindn biri hər sahənin öz peşəkarları, təcrübəli kadrları tərəfindən idarə edilməsidir. İndi güya bizdə"kadr islahatı" aparəlıər. sahədən xəbəri olmayan "universal menecerlər2 gəlib güya iş görürülər. Bu adam başı aldatmaqdır, idarəçilik deyil.

Vahid 2020-07-29 00:08:05

Adam bagcaya gedende hele 3dilde 5-r qeder saya bilirdi,az vaxtda5-6 vezifelerde yarimciq isleyib. Berbad olan nazirlkde bas dolandiracaq.

Millikişi 2020-07-28 23:39:58

Sizə bir fakt xatırladım. Mikayıl Cabbarov təhsil naziri olanda təhsili İH təsirindən çıxarmaq üçün 2015-də təhsil şöbələrini ləğv edib 15 Zona üzrə təhsil idarələri yaratmağa nail oldu. Lakin bu iş yarımçıq oldu. Yarım-yamalaq bir idarəçilik alındı. Buna o zaman Ramiz Mehdiyev bütün gücüylə mane oldu və rayonlarda təhsil şöbələrinin saxlanmasına nail oldu. İndi M.Cabbarov nazirlər naziridir, Ramiz də yoxdur, buyursun yarımçıq qalmış proqramını tamamlasın. İndi daha təkmil təhsilin idarəetmə mexanizmi yaratmaq olar. Bir də təhsilin elmin evini yıxan pedantizmdir. Təlim-tədris çox pedantcasına köhnə şüurla, qaydalarla, çox qocalmış professor-müəllim heyəti tərəfindən aparılır. Onlar yaxşı pensiya təyinatı ilə istirahətə göndərilməlidir. Üstəgəl təhsil sahəsində bütün qanunvericik köklü şəkildə, peşəkarlıqla təkmilləşdirilməlidir. E.Əmrullayev bunları bacarsa ondan yaxşı nazir olacaq.

Vüqar 2020-07-28 19:47:38

Bundan nazir çov çətin ola bilər.bu yaşında30 iş yeri dəyişib.Heç birində də fərqlənməyib.Kimsə bunu daşıyır.amma mənasız! Bi da Sahil Babayevin.Ramilin.Kərimovun tayı olacaq

Şaiq 2020-07-28 19:09:14

Emin bəyə uğurlar arzulayıram. Savadlıdır, mədənidir, işgüzardır. Əgər təhsilimizi rüşvət bataqlığından çıxarmaq istəyirsə, vəzifəli şəxslərin hamısını işdən azad etməlidir. Əks halda sələfləri kimi üğürsus bir nazir olacaq və çox tez bir zamanda rüşvət zincirinə qoşacaqlar.

Eli 2020-07-28 18:36:59

Ümid eddk ki yeni teyin olunan tehsil nazirimiz bizim tehsilin seviyyssini dunya ve avropa seviyyesine qaldıracaq İnşaallah Çünki bşz bşr millet olaraq tehsile elme inkişafa meyliyik ve çox gözdl yaşamagı seven bu yolda çalişmağı bacaran milletik.Yenş nazirimşze can sağlığı vu uğurlar

Eli 2020-07-28 18:20:04

Maraqlıdır bu adam tehsil üzre ekspertdir Bu ne mendiqdir.Nazire imkan vermirler işlesin Bunda böyük vezife özüde birbaşa hörmetli prezident teyin edib kim imkan vermir yoxsa bu özü rehner kimi işleye bilmeyin Onda bu işlediyi müddetde tehsil xeyir görmeyin eksine ziyan görünb ikinci nir terefden işleye bilmeyen naziri dahs mesuliyyetli vezifeye teyin edirler Demeli ola bilsin ki burda da onu işlemeye qoymadınlatrBizim tehsilimşze uyğun da deyesen ekspertimiz var Başa düşmek olmyr ki bu insan ne demek isteyir

Х - persona 2020-07-28 17:09:52

Меселе бурасындадыр ки, хамымыз ялан данышырыг. Азербайчанда техсил, башга сахелер кими бербад везиййетдедир...

Eli 2020-07-28 16:52:56

Men başa düşmedim mazire kim imkan vermir işlemeyeOndan böyük vezifeMaşallah keçmiş tehsil nazirinin biri bütün ölke iqtisadiyyatına digeri de xarici siyasete rehberlik edir daha doğrusu kadr potensialimiz tehsil mazirliyifir bundan gözel imkan

Son yazılar