Beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib ki, yosunların tərkibində olan «heparin» maddəsi koronavrusu, məsələn, «Remdesivir» preparatından yaxşı bloklayır. Məlumdur ki, «Remdesivir» Amerika Birləşmiş Ştatlarında (ABŞ) geniş istifadə olunur.
«Cell Discoveriy» nəşrində dərc olumuş materialdan belə məlum olur ki, mikrobioloqlar hamıya məlum olan heparini məqsədli şəkildə araşdırıblar. Bundan əvvəl boz «Cystoseira» yosunlarının Azov dənizinin suyunda aktiv şəkildə çoxaldığını və koronavirusdan sonra bərpa terapiyasında istifadə olunmaq üçün preparat yaradılması üçün işlənə biləcəyini rusiyalı tədqiqatçılar bildirmişdilər.
Rusiya elmlər akademiyası Cənub elmi mərkəzinin alimləri müəyyən ediblər ki, sözügedən yosunlar Temryuk körfəzi sahillərində və Kerç yarımadasında aktiv şəkildə çoxalırlar. Qeyd emək lazımdır ki, bir sıra xəstəliklərdən sonra bərpa terapiyası üçün istifadə olunan və dəniz yosunlarından hazırlanmış preparatlar Rusiyada hələ ötən əsrin 80-ci illərində hazırlanıb. «Məsələn, dəniz kirpisinin kürüsündən və laminari yosunlarından Murmansk dəniz mikrobioloji institutunun mütəxəssisləri tərəfindən dərman vasitəsi hazırlanıb» - deyə, rusiyalı bioloq xatırladıb.
Mütəxəssislər bildirirlər ki, Azov dənizində aşkarlanmış yosunlar laminariləri əvəzləyə bilər. «Cystoseira» ağır metalları və başqa zərərli elementləri özünə çəkir və digər komponentlərlə birlikdə müalicə preparatları sırasında daxil edilə, müxtəlif xəstəliklərin fəsadları ilə aktiv şəkildə mübarizə apara bilər.
AzPolitika.info


Şərhlər