Menu

Qərb bölgəsində güclü külək və leysan bir sıra fəsadlar törədib

29.07.2020, 00:15
Qərb bölgəsində güclü külək və leysan bir sıra fəsadlar törədib

Bu gün Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında yağıntılı hava şəraiti müşahidə olunub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti bölgənin bir neçə rayonunda və Gəncə şəhərində fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda yağan leysan bəzi ərazilərdəki təsərrüfata zərər vurub. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Samux və Şəmkir rayonuna da güclü yağış yağıb, bəzi qəsəbə və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr olub. Hər iki rayonda yağış nəqliyyat vasitələrinin hərəkəti üçün çətinliklər yaradıb.

Analoji hava şəraiti Gədəbəy rayonunda da müşahidə olunub. Rayona dolu düşüb, güclü külək ağacları sındırıb. Bir neçə ucqar kəndlərə elektirik enerjisinin verilməsi dayandırılıb.

Gəncə şəhərində yağışla müşahidə olunan güclü külək bir neçə ağacı aşırıb, elektirik xətlərini sıradan çıxarıb. Bu səbəbdən şəhərin bəzi hissəsinə elektirik enerjisinin verilməsi dayandırılıb.

Hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol